...

İlyas İsmayılov: "Mövcud Seçki Məcəlləsi ilə ölkədə demokratik seçkilər keçirmək olar"

Siyasət Materials 11 Sentyabr 2007 17:16 (UTC +04:00)
İlyas İsmayılov:  "Mövcud Seçki Məcəlləsi ilə ölkədə demokratik seçkilər keçirmək olar"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda qəbul olunan Seçki Məcəlləsi ilə ölkədə demokratik seçkilər keçirmək olar. Bu bəyanatla çərşənbə axşamı Trend ə açıqlamasında Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov çıxış edib. Onun sözlərinə görə, demokratik seçkilərin keçirilməsi üçün siyasi iradə lazımdır.

Azərbaycanın üç müxalifət partiyası-Xalq cəbhəsi,Vətəndaş və İnkişaf, Liberal partiyaları Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər zərfi hazırlayaraq,Avropa Şurasının Venesiya Komissiyasına göndərib. Həmin müxalifət partiyalarının liderləri hesab edir ki, Azərbaycanda seçki komissiyaları paritet əsasda formalaşdırılmalıdır.

İlyasov bildirb ki, partiya, hələ ki, gələn il keçiriləcək prezident seçkilərində namizədi ilə iştirak edəcəyini müəyyənləşdirməyib.

Müxalifətçi Ədalət Partiyası 1993-cü ildə yaradılıb, 1996-cı ildə Azərbaycan Demokrat Partiyası (ADP) ilə birləşib. 2000-ci ildə "Ədalət"çilər ADP-dən ayrılaraq, partiyanın fəaliyyətini bərpa ediblər. 2001-ci ildən indiyək Ədalət Partiyasına İlyas İsmayılov sədrlik edir. İsmayılov 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub və hazırda Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti