...

İçəri Şəhər Qoruğunun rəisi: "İçəri Şəhərə avtomobillərin daxil olması daha da məhdudlaşdırılacaq"

Siyasət Materials 5 Oktyabr 2007 14:46 (UTC +04:00)
İçəri Şəhər Qoruğunun rəisi: "İçəri Şəhərə avtomobillərin daxil olması daha da məhdudlaşdırılacaq"

Azərbaycan, Bakı/ Trend İ.Əlizadə/ İçəri Şəhərə atomobillərin daxil olmasını məhdudlaşdırmağı nəzərdə tutan prosesin 3-cü mərhələsi həyata keçirilir və qaydalar tədricən daha da sərtləşdirilir. Bu barədə cümə günü Bakıda İçəri Şəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov məlumai verib.

İmanov qeyd edib ki, İçəri Şəhərə avtomobillərin daxil olmasını məhdudlaşdırmaq üçün kart sistemi tətbiq edilib. Qoşa Qala qapısında elektron qapı quraşdırılıb, informasiya sistemi yaradılıb və bu işləri həyata keçirmək üçün nəzarətçilər təyin olunub. Onun sözlərinə görə, hazırda İçəri Şəhərdə 4800 sakin yaşayır və onlara 1200 avtomobilin İçəri Şəhərə daxil olmasına icazə verən kart paylanılıb.

"Bundan başqa, İçəri Şəhərdə xeyli sayda ofislər fəaliyyət göstərir. Onların da mövcüdluğunu nəzərə alsaq, İçəri Şəhərə gün ərzində 1500 avtomobil daxil ola bilir. Əvvəl isə bu rəqəm 15-20 min idi".

İmanov qeyd edib ki, yalnız təcili yardım və yanğınsöndürən maşınlara kartsız İçəri Şəhərə daxil olmaq üçün icazə verilir.

Onun sözlərinə görə, İçəri Şəhərə avtomobillərin daxil olmasının məhdudlaşdırılması "Tarix-memarlıq abidələrinin qorunması haqqında" qanuna, Azərbaycan prezidentinin fərmanlarına və daxili nizamnaməyə əsaslanır.

"Burada məqsəd İçəri Şəhəri beynəlxalq standartlara cavab verən turizm mərkəzinə çevirməkdir".

Xəbər lenti

Xəbər lenti