...

Azərbaycanda radikal vəhabilərin silah saxladıqları yeni gizli yer aşkar olunub

Siyasət Materials 12 Noyabr 2007 18:31 (UTC +04:00)
Azərbaycanda radikal vəhabilərin silah saxladıqları yeni gizli yer aşkar olunub

Azərbaycanda bir neçə üzvünün bu yaxınlarda, ölkənin Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlandığı Vəhabi radikal qrupunun silahlarının saxlandığı gizli yer aşkar olunub. Noyabrın 11-də İsmayıllı rayonu (paytaxdan 180 km şimal-qərbdə) ərazisindəki meşəklikdə

digər gizli saxlanc yeri aşkar olunub.bazar ertəsi Azərbaycan MTN-in mətbuat xidmətindən verilən məlumatda belə deyilir.

Saxlanc yerində 1 "AKM" tipli avtomat, 12 dolu avtomat darağı, 11 əl qumbarası, 11 alışdırıcı və digər hərbi ləvazimat aşkar olunaraq götürülüb. Şənbə günü MTN-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bir sıra ağır cinayət törətməkdə ittiham edilən Kamran Əsədov 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur, Azərbaycan Silahlı Qüvvələrinin leytenantıdır. O, özü ilə 4 avtomat silah, 1 pulemyot, 20 əl qumbarası, xeyli patron götürüb, Xanlar rayonunda dislokasiya olunan hərbi hissədən qaçmışdı. Dəstənin üzvləri oğurlanmış silahın bir hissəsini İsmayıllı rayonunda gizlədərək, Bakıya gəliblər. Dəstənin Azərbaycandakı bəzi səfirliklərə qarşı terror əməlləri törətmək niyyəti olması barədə xəbər gələn kimi, MTN-nin əməkdaşları onların qarşısını almaqdan ötrü xüsusi əməliyyat keçiriblər. Nəticədə, oktyabrın 27-də Maştağa qəsəbəsindəki evlərdən birində dəstənin bir neçə üzvü tutulub saxlanılmış, müqavimət göstərən dəstə üzvü ləğv edilmişdi. Evdə aparılan axtarışın gedişində əvvəllər hərbi hissədən oğurlanan döyüş sursatının bir qismi aşkar olunub müsadirə edilmişdi. Bundan başqa, bədniyyətlərin İsmayıllı rayonu ərazisində gizlətdikləri digər sursat da götürülmüşdü. Davam etdirilən axtarış - əməliyyatlarının gedişində cinayətkar dəstənin başqa üzvləri - Xırdalan şəhərinin sakini, 1983-cü il təvəllüdlü Vüqar Əliyev və Bakı şəhərinin sakini, 1984-cü il təvəllüdlü Elşən Məmmədov saxlanılmışlar. Onlar öz ifadələrində bildirmişlər ki, dəstə bir sıra xarici ölkə, o cümlədən, ABŞ səfirliyinə qarşı terror əməli törətmək niyyətində idi. Silah da məhz bu məqsədlə əldə edilmişdi. Təhlükəli silahlı dəstəni zərərsizləşdirməkdən ötrü Azərbaysan MTN-nin əməkdaşları axtarış-əməliyyat tədbirlərini gücləndirdilər və noyabrın 9-da İsmayıllı rayonu ərazisindəki meşədə gizlənən Əsədovu və Cabbarovu elə sürətli və bacarıqlı hərəkətlərlə zərərsizləşdirdilər ki, onlar müqavimət göstərməyə macal tapmadılar. Saxlanılan Əsədovdan və Cabbarovdan "AKM" tipli 2 avtomat silah, 4 patron darağı və 120 patron ələ keçirilib. İlkin dindirmə zamanı Əsədov və Cabbarov bildiriblər ki, "Lukoyl"un qarətində Bəxtiyar Orucov da iştirak etmişdir. Onlar, həmçinin, təsdiqləyiblər ki, dəstə ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı terror əməli hazırlayırdı.

Xəbər lenti

Xəbər lenti