...

Azərbaycanda qanunsuz fəaliyyət göstərən 40 aptekin sənədləri hüquq-mühafizə orqanlarına təqdim olunub

Siyasət Materials 13 Noyabr 2007 13:08 (UTC +04:00)
Azərbaycanda qanunsuz fəaliyyət göstərən 40 aptekin sənədləri hüquq-mühafizə orqanlarına təqdim olunub

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycanda qanunsuz fəaliyyət göstərən 40 aptekin sənədləri Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanlarına təqdim olunub və hazırda prokurorluq bu məsələni araşdırır. Bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.

"Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən 60 aptekdən 20-nin fəaliyyəti Səhiyyə Nazirliyi tərəfindən dayandırılıb. Qeyri-qanuni fəaliyyət göstərən 40 aptekin sənədləri isə araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına təqdim olunub" - deyə Şirəliyev bildirib.

Onun sözlərinə görə, son 4 ay ərzində Səhiyyə Nazirliyi tərəfindən 526 aptekdə yoxlamalar aparılıb. Yoxlamalar zamanı Səhiyyə Nazirliyinin laborator ekspertizasından keçməyən 5 min 700 növ dərman aşkar olunub: "Həmin dərmanlar heç dövlət gömrük orqanlarında da qeydiyyatdan keçməyib və onların Azərbaycana necə gətirildiyi məlum deyil. Eyni zamanda, 400 növ vaxtı keçmiş dərman aşkar edilərək Səhiyyə Nazirliyi tərəfindən müsadirə olunub".

Xəbər lenti

Xəbər lenti