...

İsveçin hakim partiyası Azərbaycanda keçiriləcək prezident seçkilərində AMİP-in namizədinə dəstək verəcək

Siyasət Materials 22 Noyabr 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İsveçin hakim Moderat Partiyası 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) namizədinə dəstək verəcək. Bu barədə cümə axşamı Trend ə AMİP sədri Ayaz Rüstəmov məlumat verib.

AMİP Beynəlxalq Demokrat İttifaqında təmsil olunur və bu qurum çərçivəsində Moderat Partiyası ilə əməkdaşlıq edir.

AMİP və Moderat partiyalarının birgə təşkilatçılığı ilə cümə günü Bakıda sağ mərkəzçi partiyaların fəaliyyətinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Rüstəmov bildirib ki, toplantıda gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı müzakirələr aparılacaq, həm yerli siyasi partiyaların, həm də Moderat Partiyasının nümayəndələri bu məsələ ilə bağlı öz fikirlərini bölüşəcəklər.

AMİP sədrinin sözlərinə görə, bu tədbirdə həm də prezident seçkisi öncəsi vəziyyətlə bağlı sağ mərkəzsi partiyaların ortaq mövqeyə gəlməsinə çalışacaqlar.

Rüstəmov əlavə edib ki, AMİP prezident seçkisində öz namizədi ilə iştirak edəcək. Lakin o, namizədin kim olacağını açıqlamayıb.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən sağ-mərkəzçi AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti