...

Rusiya sülhdə və MDB-nin çiçəklənməsində maraqlıdır- Putin

Siyasət Materials 28 Noyabr 2007 18:23 (UTC +04:00)

"Müstəqil Dövlətlər Birliyi Rusiya üçün şahmat lövhəsi deyil, Mosvka MDB məkanında sabitlikdə maraqlıdır" - deyə RF prezidenti Vladimir Putin bəyan edib. RİA Novosti -nin məlumatında belə deyilir.

Kremldə qəbul zamanı diplomatik missiya qarşısında çıxış edən Putin bildirib ki, MDB məkanında əməkdaşlıq Moskva üçün əsas prioritetdir. "Bizim üçün bu məkan bütün siyasi oyunların oynanıldığı şahmat lövhəsi deyil. Bu regionda sülh, sabitlik və çiçəklənmə bütün Birlik ölkələrinin normal demokratik inkişafı üçün həyati əhəmiyyətə malikdir" - deyə Rusiyanın dövlət başçısı bildirib. Prezidentin fikrincə, gələcək inkişaf konsepsiyasının təsdiqlənməsi ilə, MDB bütün iştirakçılar üçün fəaliyyətin istiqamətlərinin real və sərfəli şərtlərini əldə edib.

Xəbər lenti

Xəbər lenti