Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncədə iki əxlaqsızlıq yuvası aşkarlanıb. Gəncə şəhər Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi Şahin Sadıxov çərşənbə axşamı jurnalistlərə bildirib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində, bazar günü Zülfü Hacıyev küçəsi 29 saylı binanın 41-ci mənzilində yaşayan Əhmədova Şəhrizad Durmuş qızı saxlanılıb. Əhmədovanın yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil etdiyi və orada bacısı qızı Hüseynova Günay Məhərrəm qızını və qonşuluqda yaşayan Quliyeva Dilarə Qulu qızını fahişəliyə cəlb etdiyi müəyyənləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi açılıb.
Digər faktla bağlı araşdırma aparılır. İstintaq başa çatan kimi bu barədə içtimaiyyətə məlumat veriləcək.
Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.