...

"Dondurulmuş münaqişlər"ə yanvar ayında Strasburqda yenidən baxılacaq- AŞPA-nın eksperti

Siyasət Materials 22 Dekabr 2007 16:15 (UTC +04:00)
"Dondurulmuş münaqişlər"ə  yanvar ayında Strasburqda yenidən baxılacaq- AŞPA-nın eksperti

Fransa, Paris / Trend müxbir A.Məhərrəmli, E.Hüseynov/ Keçmiş sovet məkanında "dondurulmuş münaqişələr"in həlli məsələsinə Avropa Şurası Parlament Assambleyasının yanvar ayında Strasburqda keçiriləcək sessiyyasında baxılacaq.

"Bu 2007-ci il noyabrın 5-6-da Berlində "dondurulmuş münaqişələr"ə həsr olunmuş konfrans zamanı başlanmış müzakirələrin davamı olacaq" - deyə AŞPA-nın Gürcüstan üzrə həmməruzəçisi Kastriot İslami

(Kastriot Islami) Trend ə müsahibəsində bildirib.

AŞPA-nın Monitorinq Komitəsinin noyabr ayında təşkil etdiyi konfransında Azərbaycanda, Gürcüstanda və Moldovada dondurulmuş münaqişələr müzakirə olunub.

"Tədbirdə müzakirələrin davam etdirilməsinin iki variantı nəzərdən keçirilib və ictiami müzakilərin sistemli şəkildə keçirilməsini nəzərə tutan varianta üstünlük verib" - deyə İslami bildirib. Lakin bu variant özündə digər bir variantın da elementlərini, yəni "dondurulmuş münaqişələr" üzrə xüsusi daimi komitənin yaradılmasını da birdəşdirəcək.

Həmməruzəçinin sözlərinə görə, bütün "dondurulmuş münaqişələr" oxşar, eyni zamanda özünəməxsus xüsusiyyətlərə malikdir. "Onların birgə baxılması status-kvonun davam etdirilməsinə gətirib çıxaracaq. Oxşar münaqişələr isə birlikdə müzakirə olunacaq" - deyə ekspert əlavə edib.

Həmməruzəçi hesab edir ki, keçmiş sovet məkanında "dondurulmuş münaqişələr" məsələsi çox mürəkkəb məsələdir, bu səbəbdən də iri dövlətlər bu münaqişələrin həll yolunu tapmaq üçün birgə səy göstərməlidirlər.

Gürcüstandakı vəziyyətə gəlincə isə, həmməruzəçi bildirib ki, ölkə hökuməti Abxaziya və Cənubi Osetiyada mövcud olan de-fakto orqanlarla qarşılıqlı inamın yaradıması üçün çalışmalıdır.

"Bu hər gün aparılan bir işdir, Cənubi Osetiyada bu istiqamətdə böyük irəliləyişlər baş verib" - deyə ekspert qeyd edib və əlavə edib ki, münaqişələrin həlli formasından asılı olmayaraq qarşılıqlı inam şəraitinin yaradılması çox vacibdir.

Xəbər lenti

Xəbər lenti