...

Pakistanda xəsarət alanların arasında azərbaycanlılar yoxdur - səfirlik

Siyasət Materials 27 Dekabr 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Bu gün Pakistanın Ravalpindi şəhərində baş verən terror aktı nəticəsində xəsarət alanların arasında azərbaycanlılar yoxdur. Bu barədə cümə axşamı telefonla, Kəraçidən Azərbaycanın Pakistandakı səfiriliyinin kosnulu Daşqın Şikarov məlumat verib. Terror aktı dekabrın 27-də gündüz vaxtı Ravalpindi şəhərinin meydanlarındn birində, müxalifətin mitinqi zamanı törədilib. Müxalifət mitinqində Pakistanın Xalq Partiyasının lideri, prezidentliyə əsas namizədlərdən biri, keçmiş Baş nazir Bənazir Bhutto iştirak edib. Pakistan KİV-nin ilkin məlumatlarına görə, terror aktı nəticəsində azı 20 insan həlak olub. Konsul səfirliyə xəsarət alan azərbaycanlılar haqqında məlumat daxil olmadığını söyləyib. Onun sözlərinə görə, diplomatik nümayəndəliyin tərkibinə daxil olan və bu ölkədə bizneslə məşğul olan 20-dək azərbaycanlı ailəsi konuslluqda qeydiyyatdan keçib. Bu, Bhutto Pakistana qayıtdıqdan sonra ona qarşı ikinci terror aktıdır. O, vətənə 8 illik sürgündən sonra geri dönüb. Oktyabrın ortalarında, Kəraçidə iki partlayış nəticəsində 140-dan artıq insan həlak olub. Bhutto yüngül xəsarət alıb. Bu günkü terror aktından sonra, Bhutto ağır xəsarətlərdən sonra, xəstəxanada vəfat edib.

Xəbər lenti

Xəbər lenti