...

İtaliya qeyri-neft sektoru üzrə Azərbaycanla əməkdaşlıqda maraqlıdır göstərir – səfir

Siyasət Materials 21 Yanvar 2008 17:15 (UTC +04:00)
İtaliya qeyri-neft sektoru üzrə Azərbaycanla əməkdaşlıqda maraqlıdır göstərir – səfir

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir F.Rzayev / İtaliya qeyri-neft sektoru üzrə Azərbaycanla əməkdaşlığın inkişafına maraq göstərir. Bu sahədə əməkdaşlığın inkişaf məsələləri İtaliyanın xarici ticarət naziri Emma Bonininin Azərbaycana səfəri zamanı müzakirə olunacaq. Bu barədə bazar ertəsi Romadan telefonla Azərbaycanın İtaliyadakı səfiri Emil Kərimov məlumat verib.

"İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında ikinci yeri tutur. İki ölkə arasında kiçik və orta biznes sahəsində əməkdaşlıq inkişaf edir ki, bu da ölkənin qeyri-neft sektorunun inkişafı üçün mühümdür" - deyə səfir bildirib.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ilin yanvar-noyabr aylarında Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi $1 mlrd. dollardan çox təşkil edib. On bir ay ərzində Azərbaycan İtaliyadan 121 mln. dollar civarında mal idxal edib. İxrac isə $879 mln. dollardan çox olub.

"İtaliyda kifayət qədər inkişaf etmiş yüngül sənaye, kəənd təsərrüfatı, turizm və bu kimi sahələrdə hər iki ölkə əməkdaşlığın inkişafı üçün yaxşı imkanlara malikdir" - deyə səfir vurğulayıb.

O bildirib ki, İtaliyanın xarici ticarət naziri Azərbaycan hökuməti ilə məhz belə əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti