...

AŞPA həmməruzəçiləri prezident seçkisinə hazırlıq işləri ilə maraqlanıblar

Siyasət Materials 5 Fevral 2008 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir S.İlhamqızı/Bakıda səfərdə olan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşlərində qarşıdan gələn prezident seçkilərinə hazırlıq işləri ilə maraqlanıblar. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Pənahov 2008-ci ildə prezident seçkilərinin ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri addımların atılacağını və Azərbaycan vətəndaşlarının seçki hüquqlarının tam təmin olunacağını bildirib. O, qeyd edib ki, prezident seçkilərinə hazırlıq çərçivəsində aşağı seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması, dairə və məntəqə seçki komissiyaları üzvlərinin və seçicilərin maarifləndirilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində mühüm işlər görülür. 125 dairədən 100-ü üçün ən azı 7-8 otaqdan ibarət yeni binalar tikilərək istifadəyə verilib. Daha bir neçə DSK üçün də yeni binalar tikilir və bəzilərinin binaları isə yüksək səviyyədə təmir olunub və əlavə otaqlar tikilib. Həmçinin dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə kurslar təşkil olunub.

MSK sədri bildirib ki, yanvarın əvvəllərindən seçicilərin daimi siyahısının dəqiqləşdirilməsinə başlanılıb. Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı MSK-nın "qaynar xətt"i fəaliyyət göstərir, reklam çarxı hazırlanıb və mütəmadi olaraq ölkə telekanallarının efirlərində verilir.

Xəbər lenti

Xəbər lenti