...

Azərbaycanın Seçki Məcəlləsinin müzakirə olunacağı tarix elan edilib

Siyasət Materials 6 Fevral 2008 10:52 (UTC +04:00)
Azərbaycanın Seçki Məcəlləsinin müzakirə olunacağı tarix elan edilib

Azərbaycan, Bakı, 05 fevral/ Trend , müxbir K.Ramazanova / Fevralan 7-8-də Azərbaycanın seçki sisteminə dair Avropa Şurası Venesiya Komissiyasının ekspertləri ilə növbəti müzakirələr aparılacaq,-- çərşənbə axşamı Strasburqdan Komissiyanın nümayəndəsi Sergey Kuznetsov telefonla bildirib.

2008-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkisinin astanasında Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsinə dair müzakirələr aparıılır.

Kuznetsovun sözlərinə görə, görüşdə seçki orqanlarının qərarlarının şikayət etmə üsulu, seçki komissiyasının tərkibi və namizədlərin qeydiyyat problemləri bir daha müzakirə ediləcək.

Bununla belə, prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çərşənbə axşamı jurnalistlərə bildirib ki, Azərbaycananın Seçki Məcəlləsinə edilən dəyişikliklərlə əldaqədar, ölkə rəhbərliyi, Avropa Şurasının Venesiya Komissiyası və digər beynəlxalq təşkilatlar razılıq əldə ediblər.

"Seçki Məcəlləsinin yeni variantı parlamentə təqdim olunub və yaxın günlərdə, hesab edirəm ki, müzakirəyə çıxarılacaq", - Həsənov deyib.

Seçki Məcəlləsinə edilən dəyişikliklər hələ dəqiq bildirilmir.

Noyabrın əvvəlində Bakıda Venesiya Komissiyasının, ATƏT, hökumət nümayəndələrinin və ilk dəfə olaraq, Azərbaycan partiyalarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Görüşün gedişatında seçki komissiyasının tərkibi və seçki prosesləri ilə əlaqədar qərarların şikayət edilməsi məsələləri müzakirə edilib.

Azərbaycanın hazırki Seçki Məcəlləsinə əsasən, şikayətlərə ali seçki komissiyaları və məhkəmələr baxır. Venesiya Komissiyasının nümayəndələri şikayətlərin baxılma müddətinin azaldılmasını təklif ediblər.

Bu msəsələlər üzrə işləri payızda yekunlaşdırmaq nəzərdə tutulsa da, müxalifət partiyalarının seçki komissiyasının tərkibinin müəyyənləşdirilməsi ilə bağlı mövqeyinə görə proses uzanıb. Üç müxalifət partiyasını birləşdirən "Azadlıq" bloku, iyunda Azərbaycanın Seçki Məcəlləsində dəyişikliklər və əlavələrin edilməsinə dair təklif paketini Venesiya Komissiyasına göndərib. Seçki komissiyasının tərkibini paritet əsasında formalaşması məsələsi təklif paketində əks edilib.

Venesiya Komissiyası, ATƏT və Azərbaycan hökuməti tərəfindən seçki zamanı barmaqların nişanlanması haqında maddə Məcəlləyə daxil edilib. Tərəflər seçki zamanı zərflərdən istifadə edilməməsi razılığına gəliblər.

Xəbər lenti

Xəbər lenti