...

Azərbaycanda cinayət törədən Gürcüstan vətəndaşları saxlanılıb

Siyasət Materials 12 Fevral 2008 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı,12 fevral / Trend ", müxbir E.Hüseynli/ Azərbaycanda axtarışda olan Gürcüstan vətəndaşları saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə axşamı Trend ə bildiriblər ki, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayət törətmiş Gürcüstan vətəndaşları Tamas Musiaşvili və Arçili Bablidze fevralın 11- də tutulublar. Onların üstünə baxış zamanı Musiaşvilidən 0,234 qram, Bablidzedən 0,22 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son bir həftədə Azərbaycanda cinayət törədən 6 Gürcüstan vətəndaşı saxlanılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti