...

Azərbaycan MiQ -29-un qəzaya uğraması səbəbinin araşdırılmasına qoşulmaq üçün Ukraynaya müraciət edib

Siyasət Materials 12 Fevral 2008 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral/ Trend , müxbir K.Ramazanova/ Son iki həftə ərzində ikinci Rusiya hərbi qırıcısı MiQ -29 qəzaya uğrayıb.

Bu gün Qazaxıstanda Miq -29 hərbi təyyarəsi qəzaya uğrayıb, bir pilot həlak olub, digəri sınıqlarla qospitala yerləşdirilib. Qazaxıstanın hüquq-mühafizə orqanları aviaqəzanın səbəblərini araşdırırlar.

Yanvarın 29-da Azərbaycan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin MiQ -29 qırıcısı təlim uçuşları keçirilərkən qəzaya uğrayıb. Nəticədə, təyyarədə olan hər iki pilot həlak olub.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti və Dövlət Sərhəd Xidməti son 15 gün ərzində Xəzər dənizinə düşən təyyarənin qalıqlarını və pilotların cəsədlərinin axtarışını davam etdirilər.

Ötən il Azərbaycan Ukraynanın təkmilləşdirdiyi MiQ -29 təyyarələrini alıb.

Bu gün Ukrayna Müdafiə Nazirliyinin Trend - ə verdiyi məlumata görə, Azərbaycan tərəfi ukraynalı ekspertlərin qırıcının qəzaya uğraması səbəblərinin araşdırılmasına qoşulması üçün müraciət edib.

Rusiyanın təyyarə tikintisi korporasiyası MiQ-in ictimai əlaqələr İdarəsinin rəisi Yelena Lvova bir müddət əvvəl Trend -ə qəzanın səbəbinin köhnəlmiş texnikanın satışı və istismarı ola biləcəyini söyləyib.

Lvova istehsalçıların dəfələrlə təkmilləşdirmə prosesinə MiQ şirkətinin təyyarə hazırlayanını cəlb etmək məsələsini qaldırdıqlarını qeyd edib. "Biz yalnız o zaman hər hansı bir məsuliyyət daşıyırıq",-zavodun nümayəndəsi bildirib.

Azərbaycan HHQ-nin hava sərhədlərini qorumaq üçün istifadə etdiyi MiQ -29 təyyarələri təlim uçuşları zamanı Rusiya, Malayziya, Peru, Slovakiya və Ermənistanda qəzaya uğrayıblar.

Azərbaycanın hərbi ekspertləri hesab edirlər ki, MiQ -29 tipli təyyarələrdən imtina etmək lazımdır. "Azərbaycanın Müdafiə Nazirliyi SSRİ dövründə istehsal edilən hərbi texnikadan istifadəni dayandırmalıdır", - Azərbaycanın Silahlı Qüvvələr üzərində Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin rəhbəri Ələkbər Məmmədov Trend , - ə bildirib.

Məmmədov bildirib ki, Azərbaycanda MiQ -29 təyyarəsinin qəzaya uğraması texniki problemlərlə bağlıdır və pilotların aşağı səviyyəli biliklərinin qəzanın səbəbi olması ehtimalı azdır. ". "Bəzi ölkələrdə MiQ -29-un qəzaya uğraması bu növ təyyarlərdə istehsal qüsurlarının olmasına dəlalət edir",-hərbi ekspert əlavə edib.

Lakin rəsmi Bakı sovet və Rusiya nümunəli hərbi texnikadan imtina etməyə tələsmir. Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov çərşənbə günü jurnalistlərə bunun Azərbaycan və NATO əməkdaşlığına heç cür təsir etməyəcəyini bildirib.

Keçmiş sovet ölkəsi olan Azərbaycan 1994-cü ildən "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində, NATO ilə əməkdaşlıq edir və fəal surətdə hərbi islahatlar və NATO standartlarına keçid həyata keçirir. Ekspertlər Gürcüstan və Ukraynadan sonra, NATO üzvlüyünə namizədlərdən birinin SSRİ-nin dağılmasından sonra sovet nümunəli silahlardan geniş istifadə edən Azərbaycanın ola biləcəyini ehtimal edirlər.

MİQ-29 təyyarəsi Rusiya istehsalıdır və 1971-ci ildən istehsal olunur. Təyyarənin uzunluğu 14.8 metr, qanadlarının uzunluğu 11.4 metr, hündürlüyü 4.3 metrdir. Təyyarənin hərbi sursatla birgə çəkisi 15 min 300 kiloqramdır. Maksimal sürət 2400 kilometr/saatdır. Təyyarə maksimum 18 min metr yüksəkliyə qalxa və 2100 kilometr məsafəni qət edə bilir. Onun dəqiqədə 1500 atəş aça bilən 30 millimetrlik QŞ-301 tipli topu var. Təyyarə İR-60 tipli raketlərlə təchiz edilib. MİQ-29 230-240 kilometrdən hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir.

Məqalə müəllifinin əlaqə ünvanı: kamala

Xəbər lenti

Xəbər lenti