...

Azərbaycan Kosovodakı sülhməramlı qüvvələrin statusunun dəyişdirilməsi məsələsini gözdən keçirmir – XİN-in mətbuat katibi (video)

Siyasət Materials 25 Fevral 2008 15:12 (UTC +04:00)
Azərbaycan Kosovodakı sülhməramlı qüvvələrin statusunun dəyişdirilməsi məsələsini gözdən keçirmir – XİN-in mətbuat katibi (video)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir S.Ağayeva / Azərbaycan Kosovodakı sülhməramlı qüvvələrin statusunun dəyişdirilməsi məsələsini gözdən keçirmir.

"Azərbaycan Kosovoda sülh və sabitliyin yaradılmasına öz tövhəsini vermək öhdəliyini götürüb və öz öhdəliyini uğurla yerinə yetirir" - bazar ertəsi XİN-in mətbuat katibi Xəzər İbrahim jurnalistələrə deyib.

"Rəsmi Bakı Azərbaycanın Kosovoda olan sülhməramlı qüvvələrinin statusuna dair öz mövqeyini dəyişmək niyyətində deyil" - XİN-in mətbuat katibi deyib.

Daha əvvəl Azərbaycan Kosovonun müstəqilliyinin birtərəfli elan edilməsini qanunsuz adlandırıb. Bu barədə bazar ertəsi Bakıda Azərbaycan XİN rəsmisi İbrahim deyib.

Onun fikrincə, Kosovonun müvəqqəti idarəetmə orqanlarının Serbiyadan müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına ziddir.

"Azərbaycanın Kosovoya dair mövqeyi kiminsə mövqeyinə deyil, milli maraqlara əsaslanır" - Azərbaycan XİN-in mətbuat katibi bildirib.

Xəbər lenti

Xəbər lenti