...

İstiqlalçı deputatlar birgə bəyanat qəbul ediblər

Siyasət Materials 29 Fevral 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın müstəqilliyinin lehinə səs vermiş "istiqlalçı deputatlar" bir araya gələrək, bugünkü vəziyyəti müzakirə ediblər. Bu barədə Trend a Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) məlumat verilib.

AMİP lideri Etibar Məmmədovun ofisində keçirilən toplantıda "43-lər" adlanan istiqlalçı deputatlardan İsa Qəmbər, Sülhəddin Əkbər, Arif Hacılı, İbrahim İbrahimli, Mirmahmud Mirəlioğlu, İsgəndər Həmidov, Hacıbaba Əzhimov, Mətləb Mütəllimli və başqaları iştirak ediblər.

Keçmiş deputatlar Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə dair bəyanat layihəsi hazırlayıblar. Bəyanatda bildirilir ki, məmur, məhkəmə özbaşınalığına, vətəndaşların bərabərlik hüquqlarının pozulmasına son qoyulmalıdır. Sabiq deputatlar hüquq və qanun pozuntularına yol verən məmurların barəsində müvafiq tədbirlər görülməsini tələb edirlər. Həmçinin, bildirirlər ki, Dövlət Müstəqilliyi gününə - 18 oktyabra dövlət bayramı statusu verilməli və həmin gün geniş təntənə ilə qeyd edilməlidir.

İstiqlalçı deputatların görüşünün mütəmadi keçirilməsi qərara alınıb.

1990-cı ilin sonunda Azərbaycan SSR Ali Sovetində "Müstəqil Azərbaycan deputat bloku" yaradılmışdı. 1991-ci il martın 7-də Ali Sovetdə Azərbaycanın SSRİ-nin tərkibindən çıxması, öz müstəqilliyini elan etməsi məsələsi səsverməyə çıxarılıb və 350 deputatdan 47-si səsvermədə iştirak etməyib, 6 nəfər bitərəf qalıb, 254 nəfər əleyhinə, 43 nəfər lehinə səs verib.

Xəbər lenti

Xəbər lenti