...

Prezidentinin Ehtiyat Fondundan Bakı Slavyan Universitetinə bir milyon manat vəsait ayrılıb

Siyasət Materials 7 Mart 2008 20:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend Prezident İlham Əliyev cümə cünü Bakı Slavyan Universitetinin elmi-metodik potensialının daha da artırılması, tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi sərəncam imzalayıb.Sərəncama əsasən,Bakı SlavyanUniversiteti binasının əsaslı təmiri ı və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Slavyan Universitetinə 1,0 milyon (bir milyon) manat məbləğində vəsait ayrılıb.Maliyyə Nazirliyinə tapşırılıb ki, vəsaitin Təhsil Nazirliyi və Bakı Slavyan Universiteti ilə razılaşdırılmış bölgüyə əsasən maliyyələşdirilməsini təmin etsin. Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.Sərəncam imzalandığı gündən qüvvədəlir.

Xəbər lenti

Xəbər lenti