...

Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qanunvericilikdə dəyişiklik ediləcək

Siyasət Materials 1 Aprel 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend ", müxbir K.Zərbəliyeva/ Azərbaycanın Cinayət Məcəlləsinə hüquqi şəxslərin cinayət məsuliyyəti ilə bağlı müddəalar daxil olunacaq. Bu barədə çərşənbə axşamı jurnalistlərə müsahibəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məlumat verib. İdarə rəisi bildirib ki, Azərbaycan cinayət qanunvericiliyinə bu müddəaların daxil edilməsi barədə öhdəlik götürüb. Əliyevin sözlərinə görə, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya ilə bağlı əlavə tədbirlər planında cinayət qanunvericiliyinə dəyişikliklər edilməsi ilə bağlı tapşırıqlar verilib. Əliyev deyib ki, hüquqi şəxslərin cinayət məsuliyyəti ilə bağlı bir sıra dövlətlərin təcrübəsi öyrəniləcək və Azərbaycan qanunvericiliyinə tətbiq olunacaq. O hesab edir ki, hüquqi şəxslərin cinayət məsuliyyətinin yaradılması qanunvericiliyin əsas prinsiplərinin dəyişdirilməsi və Cinayət Məcəlləsinin əksər müddəalarının yenilənməsi ilə nəticələnəcək. Azərbaycanın cinayət qanunvericiliyində fiziki şəxslərin cinayət məsuliyyəti nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti