...

Azərbaycan Bolqarıstana Aİ-də GUAM-ın dostları təşəbbüsünə qoşulmağı təklif edib

Siyasət Materials 19 Aprel 2008 14:34 (UTC +04:00)
Azərbaycan Bolqarıstana Aİ-də GUAM-ın dostları təşəbbüsünə qoşulmağı təklif edib

Azərbaycan, Bakı,19 aprel / Trend , müxbir S.Ağayeva/ Azərbaycan Bolqarıstana Avropa İttifaqında "GUAM-ın dostları qrupu"nun təşəbbüsünə qoşulmağı təklif edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sofiyada Bolqarıstanın rəsmi şəxsləri ilə görüşü zamanı bu müraciətlə çıxış edib. Bu barədə şənbə günü Azərbaycan XİN-dən məlumat verilib.

Litva prezidenti Valdas Adamkus belə təşəbbüslə çıxış edib və Aİ-də "GUAM dostları qrupu"nun yaradılması üçün Avropa İttifaqına müraciət edib.

GUAM formatı 1997-cu ildə Avropa İttifaqı dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb.1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf tərəfdarı uğrunda təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Bolqarıstana rəsmi səfər çərçivəsində XİN rəhbəri bu ölkənin parlament sədri Georgi Perinski və xarici siyasət idarəsinin rəhbəri İvaylo Kalfinlə görüşündə Azərbaycanın Avropa və Avroatlantik məkana inteqrasiya siyasətində maraqlı olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti