...

Putin və Medvedev: Nə vaxtadək birgə sülh və anlaşma şəraitində mövcud olacaqlar? - "Trend News"un eksperti

Siyasət Materials 9 May 2008 19:53 (UTC +04:00)

İsrail, Qüds, 09 may / Trend müxbir Arye Qut/ Vladimir Putin Dövlət Dumasının növbədən kənar iclasında səs çoğluğu ilə baş nazir seçilib.

Bu həftə postsovet Rusiyası üçün əsaslı və tarixi əhəmiyyətə malik idi. İlk dəfə olaraq ali dövlət hakimiyyətinin ötürülməsi, nə zorakılıq, nə psixodram, nə çevriliş, nə də intiqabla müşaiyət olunmadı. Bu, presedentsiz ssenari ilə baş verir. Çünki gedən prezident Vladimir Putin estafeti martın 2-də prezident seçilən varisi Dmitri Medvedevə verdi və baş nazir kreslosunu tutdu. O Kremli tərk etdi və Moskva çayı sahilində olan və "Ağ ev" adlandırılan federal hökumət binasına köçdü.

Görəsən Putin aparıcı siyasətçi və strateq kimi qalacaqmı? Yaxud da öz karyerasını himayəçi kölgəsində quran Medvedevin ölkənin inkişaf kursunu seçmək üçün bacarığı və dünya görüşü çatacaqmı? Putinin ssenarisi konstitusiyaya riayət olunması çərçivəsində gedən prezidentə, imperiyanın məxfi hökmdarı kimi qalmasına imkan yaratmaq üçün düşünülüb. Lakin bu addım Putinin çoxdan bürokratik strukturlara tabe olan seçilmiş varis və biznes tərəfdaşı Dmitri Mendvedevə "xeyir-duası" ilə müşaiyət olundu.

İctimaiyyətə Medvedevin Putinin zamanında siyasət və biznesin zirvələrinə qalxan və dominantlıq edən milli qüvvəyə çevrilən xüsusi xidmət əməkdaşları ilə siyasi əlaqələrinin olması barədə heç nə məlum deyil. Putin 55 yaşında artıq mübahisələrində vasitəçi mövqeyindən çıxış edərək hökumətdə tez-tez düşmənçilik edən klanlar üzərində nəzarəti saxlamağı bacardı və sabit dövlət təsviri yaratmaq üçün onların kifayət qədər loyallığını təmin edə bildi.

Yeltsin dövrünün təzyiqi nəzərə alınmaqla Putinin iki prezidentlik müddəti zamanı federal hakimiyyətin səlahiyyətlərinin metodik şəkildə genişləndirəcəyi faktiki öncədən bəlli idi.

O, birbaşa qubernator seçkilərini ləğv etdi, elektron KİV-in azadlığını azaltdı, parlament seçkilərinin keçirilmə qaydalarını sərtləşdirdi və xarici QHT-lərin fəaliyyətini məhdudlaşdırdı.

İqtisadi cəbhədə Putin ölkənin əsas valyuta gəlirlərinin mənbəyi olan enerji sektorunu Kremlin nəzarətinə keçirdi. Rusiyanın siyasi hakimiyyətinin xarakteri nəzərə alınmaqla seçkilər avtomatiki olaraq tamaşaya çevrildi, Putindən sonrakı şəxsin nüfuzu isə mahiyyət etibarilə müəyyən çərçivəyə salınmışdır. Rusiyalı ekspertlərin biri belə bir fikir söyləmişdir: "Putin gedən prezident deyil, o sadəcə öz statusunu dəyişir. Putin ölkənin "milli meneceri" idi, martdan sonra onun milli liderinə çevriləcək".

Qüvvələrin yeni nisbətini möhkəmlətmək üçün Vladimir Putin ötən ilin dekabrından parlamentdə 450 səsdən 315 səsə malik "Vahid Rusiya" partiyasının rəhbərliyinə keçdi. Putin praktiki olaraq partiya üzərində geniş və sərhədsiz hakimiyyətə yiyələndi. Hələ də partiyanın vəsiqəsinə malik olmayan partiya lideri "Vahid Rusiya"nın istənilən üzvünü istefaya gönədərə və seçkilərdə iştirak edəcək namizədləri müəyyənləşdirə bilər. Əgər Dmitri Medvedev daha çox müstəqiliyyə meyl etmək istəsə, idarə olunan parlamentin əksəriyyətinin rəhbərində ehtiyatda silahı olacaq. Söhbət impiçmentdən gedir. Bunun üçün isə Dövlət Dumasının 3/4 səsi kifayətdir. Güman ki, Putin bu səddi aşa biləcək. Qüvvələrin bu cür balansını və iki "milli lider"in şəxsi keyfiyyətlərini nəzərə alaraq, təəccüblü görünmür ki, Levada-mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən rusiyalıların 2/3 hissəsi Medvedevin ölkəni Putinin nəzərəti altında idarə edə biləcəyini düşünür. Medvedevin öz hakimiyyətinə görə Putinə borclu olduğu fakt olaraq qalır, bu isə o deməkdir ki, o Putin strategiyasından çox tez və çox uzağa kənarlaşmayacaq.

Bununla belə yeni prezident real hakimiyyətə malikdir və onun öz siyasi fəlsəfəsini elan etmək imkanı olacaq. Qərb liderləri Medvedevi çəkinərək yox, məhz hörmətlə dinləməlidirlər. Axı Medvedevin nailiyyətlər əldə etmək üçün böyük imkanları var. Şübhəsiz ki, onun buna iradəsi çatsa.

Vladimir Putin bilir ki, yaratdığı sistem onsuz da kifayət qədər möhkəmdir və artıq müəyyən liberallaşma üçün zaman yetişib. Lakin bu işdə ehtiyatı gözləmək də lazımdır. Bilavasitə ehtiyat amilinə gəldikdə isə, son ayda baş nazirin səlahiyyətlərini genişləndirən iki qanunun qəbulu yada düşür. Lakin unutmaq olmaz ki, Medvedevin Kremlə gəlişini Putinin özü düşünüb hazırlayıb. Bu isə yaxın gələcəkdə onların arasında fikir ayrılığı ehtimalını heçə endirir. Əgər Putinlə Medvedev arasında tərəfdaşlıq anlaşması uzunmüddətli olacaqsa, onlar klanlar arasındakı rəqabəti nəzarət altında saxlamaq məcbüriyyətində qalacaqlar. Yox işdir, əgər onların yolları ayrılsa, Moskvada müəyyən qarşıdurma olacaq.

İki məqamı əminliklə qeyd etmək olar. Birincisi, heç kim (hətta Putinlə Medvedevin özü) deyə bilməz ki, Moskva tandemi necə və nə qədər çox fəaliyyət göstərəcək. İkincisi, bu gün Rusiya Bizans imperiyasından qalan və çar simvolu olan ikibaşlı qartala olduqca böyük ehtiyac duyur. Bəlli olduğu kimi onun obrazı müasir Rusiyanın gerbində əsk olunub. Bu iki başın sülh və anlaşma şəraitində yaşaması üçün nə qədər zaman lazım gələcək ki, qartalın uçuşu dayanmasın? Bu suala zamanın özü cavab verəcək. İkibaşlı qartal Rusiyanın simvoludur. Tarix isə göstərir ki, Rusiya rəhbərliyində ikihakimiyyətlik dövrləri çox qısa olub və pis nəticələnib.

Xəbər lenti

Xəbər lenti