...

Ekspertlər Gürcüstan parlamentinə seçkilərdə saxtalaşdırmanı istisna etmirlər

Siyasət Materials 19 May 2008 19:34 (UTC +04:00)

Rusiya, Moskva, 19 may/ Trend , müxbir R.Ağayev, E.Rüstəmov/ Hakim partiyanın reytinqinin düşdüyü və əhalinin dörddə birinin iş üçün xaricə getdiyi hazırki şəraitdə Gürcüstanda parlament seçkilərində səsvermələr zamanı saxtalaşdırmalar istisna edilmir.

"Əminəm ki, saxtalaşdırmalar olacaq. Belə ki, Saakaşvilinin gürcü ictimaiyyətində heç bir dəstəyi yoxdur və hakim "Milli Hərəkatın" təqdim etdiyi siyahılar seçkiqabağı kampaniyada siyasi birliyin olmamasından xəbər verir", - Gürcüstanın əsas müxalifət liderlərindən olan Giorgi Haindrava hesab edir.

Gürcüstanda parlament seçkiləri mayın 21-də keçiriləcək. Yeni çağırış parlamentinə 150 deputat daxil olacaq. Onlardan 75-i beşfazilik baryerin keçilməsi əsasında partiya siyahısı üzrə seçiləcək, daha 75 deputat isə, majoritar sistem üzrə parlamentə daxil olacaq.

Haindrava bildirib ki, yanvarın 5-də keçirilən prezident seçkilərində saxtalaşdırmalardan sonra Seçki Komissiyasının sədrinin vəzifədən götürüləcəyi haqqında rəsmi bəyanatlara baxmayaraq, bu baş verməyib. ""Milli Hərəkat"dan olan seçicilərin siyahısına qanunsuz olaraq, demək olar ki, bir milyon seçicinin adı daxil edilib, tam fırıldaqçılıq gedir", - Haindrava qeyd edib.

Haindrava bir daha saxtalaşdırılmanın baş verdiyi halda "hər bir şeyin ola biləcəyini" qeyd edib. "Gürcüstan ictimaiyyəti kimi, inqilab müxalifəti də buna yol verməyəcək. Bu halda hər şeyi xalq həll edəcək", - o əlavə edib.

Rusiyalı ekspert Vladimir Jarixin hesab edir ki, xüsusilə də Gürcüstanda parlament seçkiləri zamanı saxtalaşdırmalar mümkündür. Belə ki, ölkə əhalisinin təqribən dörddə biri ölkə xaricində - əsasən də, iş üçün Rusiyadadır.

"Seçici siyahıları və seçki komissiyalarının tərkibi uzun müddətdir ki, yenilənməyib. Buna görə də, şübhəsiz ki, kifayət qədər nəzərəçarpacaq saxtalaşdırmalar mümkündür", - MDB ölkələri İnstitutu direktorunun müavini Jarixin bazar ertəsi Trend -a bildirib.

Ekspert hakim partiyanın reallıqda 45 faiz səs toplayacağını və inzibati ehtiyatların yardımı ilə bu göstəricini parlament çoxluğunadək çatdırmağa çalışacağını hesab edir.

Politoloq əmindir ki, Gürcüstan rəhbərliyinin qurduğu Rusiya ilə söz müharibəsi kampaniyası müəyyən nəticələr verib və hakim partiyanın reytinqi nəzərəçarpacaq dərəcədə artıb. Jarixin hesab edir ki, müxalifətin bir-birindən kifayət qədər aralı olması da buna səbəb olur.

Xəbər lenti

Xəbər lenti