...

Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun strukturları və rəhbərliyi formaladırılıb

Siyasət Materials 16 İyun 2008 20:06 (UTC +04:00)
Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun strukturları və rəhbərliyi formaladırılıb

Türkiyə, Ankara, 16 iyun / Trend , müxbir T.Əliyev/ їErməni məsələsiї ilə bağlı araşdırmalar aparmaq, ermənilərin soyqırım iddialarının qondarma olduğunu və bu məsələlərlə bağlı əsl həqiqəti dünyaya çatdırmaq məqsədi ilə yaradılan Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) Ankarada keçirilən ilk toplantısında qurumun rəhbərliyi və strukturları formalaşdırılıb.

Fondun Təsisçi heyətinin Ankarada keçirilən ilk iclasında yeni üzvlərin qəbul edilməsi ilə təsisçi heyət üzvlərinin sayı 11-dən 52-yə çatdırılıb. Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl Təsisçi heyətin sədri, dünyaşöhrətli alim İhsan Doğramacı, AŞPA-nın sədr müavini Səməd Seyidov və Azərbaycan Türk İş adamları Birliyinin sədri Əhməd Erentok sədr müavinləri seçiliblər.

Toplantıda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdulla Gülə Fondun fəxri sədrləri olmaları üçün müraciət qəbul edilib.

Milli Məclisin sədri Oktay Əsədov və Türkiyənin parlament başçısı Köksal Toptan Fondun Ali Məşvərət Məclisinin həmsədrləri seçiliblər. Türk Tarix Qurumunun sədri Yusuf Halaçoğlu ATAF Ali Elmi Şurasının sədri, MEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, BDU-nun rektoru Abel Məhərrəmov, Dövlət arxivinin rəhbəri Ataxan Paşayev sədr müavinləri seçiliblər.

Türkiyənin sabiq mədəniyyət naziri Namiq Kamal Zeybək ATAF-ın İdarə Heyətinin sədri seçilib. Toplantıda, həmçinin Fondun nizamnaməsi qəbul edilib, Təftiş, Maliyə komissiyalarının tərkibi müəyyənləşib, ATAF-ın 2008 il üçün büdcəsi təsdiq edilib.   

Xəbər lenti

Xəbər lenti