Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin iyunun 19-da qiyməti 1 barel üçün 135,79 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətdə 1 barrel üçün 1,33 dollar artıb.
Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.
ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın iyunun 19-da qiyməti 1 barel üçün 133,5 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,41 dollar çoxdur.
Azərbaycan həmçinin neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.
İyunun 19-da URALS neftinin qiyməti 1 barel üçün 124,8 dollar təşkil edib. Bu öncəki qiymətdən 1,09 dollar artıqdır.
Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin iyunun 19-da qiyməti 1 barel üçün 131,5 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 1,65 dollar çoxdur.