Azərbaycan, Bakı, 27 iyun / , müxbir A.Qasımova/ Rusiya və Aİ-nin beynəlxalq münaqişələrin həll edilməsi üzrə mövqeləri güc vasitələrindən istifadə etməmək prinsipinə əsaslanır.
"Biz beynəlxalq hüquqa sadiqliyimizə əsaslanaraq, "dondurulan münaqişələrin" güc yolu ilə deyil, siyasi yolla həll olunmasını, bu cür danışıqların çoxtərəfliliyinin və dünya siyasətində kollektiv başlanğıcların möhkəmləndirilməsini istəyirik", - Rusiya Pezidenti Dmitriy Medvedyev Xantı-Mansiyskidə keçirilən Rusiya-Aİ sammitinin iştirakçılarının birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, "dondurulan münaqişələr" məsələsində Rusiya və Aİ təhlükəsizik məsələlərinə yanaşmada vahid mövqedən çıxış edirlər. "Rusiya və Aİ qarşılıqlı xarici siyasətdə böyük təcrübəyə malikdirlər və gələcəkdə Avropada və ümumilikdə dünyada təhlükəsizliyin möhkəmləndirilməsi üçün əməli addımlar atmağa hazırdırlar"- prezident əlavə edib.
Bu gün Xantı-Mansiyskdə keçirilən Rusiya -Avropa İttifaqı sammiti öz işinə Rusiya prezidenti Dmitri Medvedyevin, Sloveniya Baş Nazirinin, bu ilin ilk yarımilində Aİ - də katiblik edən Yanez Yanşinin, Avropa Komissiyasının Katibi Joze Manuel Barrozun və Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Xavyer Solananın iştirak etdiyi yüksək səviyyəli görüşlərlə başlayıb.