...

Azərbaycanın Prezidenti Daxili Işlər Orqanlarinin Şəxsi Heyətinə təbrik məktub göndərib

Siyasət Materials 1 İyul 2008 21:12 (UTC +04:00)

Azərbaycan, Bakı,01 iyul/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasi Daxili Işlər Orqanlarının Şəxsi Heyətinə təbrik məktub göndərib. Məktubda deyilir : "1918-ci il iyulun 2-də asayişi mühafizə dəstələrinin yaradılması ilə təməli qoyulan polis orqanları Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin müstəqilliyinin və daxili asayişin təmin olunmasında mühüm rol oynamışdır. Cümhuriyyətin süqutundan sonrakı 70 il ərzində daxili işlər orqanları sovet dövlətinin siyasətini həyata keçirsələr də, bütövlükdə təcrübə qazanmış, yüksək peşə hazırlığı əldə etmiş və təşkilati cəhətdən möhkəmlənmişdir. .. Daxili işlər orqanlarının şəxsi heyəti Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra erməni təcavüzünün dəf edilməsində ön sıralarda vuruşmuş, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə 932 şəhid vermişdir. Prezident əmin olduğunu bildirib ki, xalqa, vətənə, dövlətçiliyə və peşə borcuna sadiq olan daxili işlər orqanlarının əməkdaşları bundan sonra da Azərbaycan Respublikasına ləyaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində öz vəzifələrini vicdanla yerinə yetirəcəklər

Xəbər lenti

Xəbər lenti