...

Azərbaycanın XİN başçısı Pakistanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Siyasət Materials 2 İyul 2008 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend müxbir E.Əliyev/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Pakistanın Azərbaycandakı yeni səfiri Abdulla Həmidin etimadnaməsinin surətini qəbul edib.

Görüşdə iki ölkə arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğu qeyd olunub. Nazir Pakistanın Ermənistan-Azərbaycan münaqişəsi məsələsində ədalətli mövqe tutduğuna görə səfirə minnətdarlığını bildirib.

Görüşdə hər iki tərəfi maraqlandıran bir sıra regional, beynəlxalq prorblemlər müzakirə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti