...

Rusiya prezidenti Azərbaycanda iqtisadiyyatı və Qafqazda təhlükəsizliyi müzakirə edəcək - politoloqlar

Siyasət Materials 2 İyul 2008 23:26 (UTC +04:00)
Rusiya prezidenti Azərbaycanda iqtisadiyyatı və Qafqazda təhlükəsizliyi müzakirə edəcək - politoloqlar

Azərbaycan, Bakı. 2 iyul / Trend , müxbir R.Ağayev, E.Tariverdiyeva, V.Javoronkova / Rusiya prezidenti Dmitriy Medvedevin Azərbaycana səfəri zamanı iqtisadi və enerji əməkdaşlığı, Qafqaz regionunda təhlükəsizlik kimi məsələlər danışıqlar zamanı diqqət mərkəzində olaq. Bu fikri Trend ə ekspertlər bildirib.

Politoloq Rasim Musabəyov deyir ki, Azərbaycan və Rusiya prezidentlərin görüşündə bir sıra vacib məsələyə toxulunacaq. "Onlardan biri ї enerji sahəsində əməkdaşlıq. Şəmçinin regionda təhlükəsizliklə bağlı mühüm məsələlərdə diqqət mərkəzində olacaq", - o dedi.

Rusiya prezidenti Dmitriy Medvedevin Bakıya rəsmi səfəri 3-4 iyul tarixlərində baş tutacaq. Səfər zamanı bir sıra sənədlərin imzalanması gözlənilir.

Rusiya Siyasi araşdırmalar institutunun direktoru Sergey Markovun fikrincə də, danışıqların ən mühüm məqamlardan biri enerji əməkdaşlığı olacaq ї təbii resursların nəqli və rusiya şirkətlərinin Azərbaycanda qeoloji kəşviyyat və neft hasilatı sahələrində iştirakı məsələləri.

Digər müzakirə mövzusu, onun fikrincə, Erməni-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ola bilər. "Münaqişənin həlli məsələləri müzakirə ola bilərlər. Azərbaycan Rusiyanı öz mövqeyini dəstəkləməya inandırmağı çalışacaq", - Markov deyir.

Rusiyanın Ermənistandakı hərbi bazalarına gəldikdə, RF Təsirli siyasət Fondunun prezidenti Qleb Pavlavski hesab edir ki, olar hes vaxtı Azərbaycana qarşı yönəldilməyəcək. "Lakin Qafkazda təhlükəsizlik məsələsi axıracan həll olunmuş məsələ hesab oluna bilməz. Bu bazalarda ehtiyac hələ də var. Lakin Qarabağ məsələsinə bunun aidiyyatı yoxdur. Qarabağ məsələsi Azərbaycan və Ermənistan arasında həll olunur, Rusiya isə iki tərəfi razı salan münaqişənin həlli formulnu dəstəkləyəcək", Pavlovski deyir.

Qəbələ radiolokasiya stansiyası üzrə ikitərərəfli və çoxtərəfli əməkdaşlıq da rəsmi Bakı və Moskva arasında danışıqların bir mövzusudur.

"Rusiya ABŞa Qəbələdəki RLS-i amerikanlar istədiyi hər bir məsələ üzrə istifadəsini təklif etməyib", - fondun prezidenti deyir. Onun fikrincə, təhlükəsizlik sistemlərini öz ərazisində yerləşdirmək Rusiyanın indiki birinciliynə çevrilibsə də, Qəbələ RLS ї tamam fərqli məsələlərdəndir. Çünki Rusiyanın təklifləri aktuallığını saxlayır və ümüd olunur ki Vaşinqtonun yeni administrasiyası bu məsələyə fərqli yanaşa bilər.

Politoloq Musabəyovun fikrincə, Rusiya-Azərbaycan əməkdaşlığı inkişaf edir və indi daha da praqmatik olub. Lakin xarici siyasətdə olan onların maraqları heç də həmişə üst-üstə düşmür. Onun hesab edir ki, Medvedevin Bakıya səfərinin gündəliyinə ikitərəfli iqtisadi və mədəni əlaqələr, miqrasiya məsələləri, Azərbaycanda rus dilinin vəziyyəti mövzuları daxil olacaq. "Azərbaycan kifayət qədər maliyə resursuna malik olan ölkə kimi inkişaf edir və Rusiyaya şərq bazarı kimi maraqlıdır", Musabəyov deyir.

Pavlavskinin fikrincə Rusiyada, o cümlədən ölkənin canub hüdudlarında, daxili mühitin sabitləşməsi regionun bütün dövlətləri ilə, həmçinin Gürcüsta ilə, ikitərəflə əlaqələri möhkəmləndirməyə imkan verir.

Markov da hesab edir ki, Rusiya tərəfindən Gürcüstanla əlaqələrə Aid məsələ danışıqlar zamanı qaldırılacaq. "Gürcüstan rəhbərliyinin siyasəti regionun sabitliyi üçün təhlükə daşıyır, Azərbaycən isə GÜAM çərçivəsində Gürcüstanın tərəfdaşı və məsləhətçisidir", - Markov dedi.

Qleb Pavlovski əmindir ki, Rusiya-Azərbaycan münasibətləri kompleks xarakteri daşıyır. Onun fikrincə sətin məsələlərdən biri Xəzər dənizinin statusu ilə bağlıdır. "Rusiya bu istiqamətdə yeni təkliflər hal hazırda hazırlayır, hansılar ki bütün tərəfləri qanə edə bilər", ekspert dede.

Markov hesab edir ki Rusiya tərəfi üçün Xəzərlə bağlı problemli məqam həm də odur ki, ABŞ burada birləşmiş hərbi güvvə "Caspian force" yaratmaq təklif edir. Rusiya isə bu təklifi dəstəkləmir.

Politoloq Rasim Musabəyov da razıdır ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsi və dənizdə yükdaşınma mühüm məsələlərdəndir.

Markov qeyd etdi ki, görüş zamanı rusiyada Azərbaycan diasporu mövzusu da qaldırılacaq. Çünki onun Rüsiyada çox böyük bir problemləri var, o cümlədən radikal qrupların münasibəti. Azərbaycan prezidenti Rusiyada Azərbaycan diasporun siyasi əhəmiyyətinin qaldırılması məsələsini də qaldıra bilər.

"Azərbaycanla Rusiya arasında əlaqələrin tendensiyası mövcud olan problemlərə bamıyaraq həmişəki kimi pozitiv şəkil daşıyır", - RF Təsirli siyasət Fondunun prezidenti Pavlavski hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti