...

Rusiya prezidenti Bakıdakı danışıqlardan razıdır

Siyasət Materials 3 İyul 2008 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir A. Əliyev/ Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycana rəsmi səfəri və Bakıda azərbaycanlı həmkarı ilə aparılan danışıqların nəticələrindən razıdır.

"Mən danışıqların nəticələrindən tamamilə razıyam", - deyə Medvedyev cümə axşamı Bakıda prezident İlham Əliyevlə birgə keçirilən brifinqdə bildirib.

Medvedyev səfərin mühüm hadisələrindən biri kimi, Rusiya ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlığa dair Bəyannamənin imzalanmasını qeyd edib.

Rusiya prezidenti iki ölkənin ticari-iqtisadi münasibətlərinin müsbət dinamikasından da razılığını ifadə edib. "Son illər Rusiya və Azərbaycan iqtisadiyyatı yüksək sürətlə artır ki, bu da energetika, sənaye, nəqliyyat, bank sahəsi və aqrar-sənaye kompleksi kimi sahələrdə əməkdaşlığa imkanlar yaradır", - deyə RF prezidenti bildrib.

Rusiya lideri Azərbaycanda "rus mədəni irsinin qorunub saxlanılması üzrə görülən tədbirlərə görə" İlham Əliyevə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti