...

Qubada aşkarlanan kütləvi məzarlığın araşdırılmasına beynəlxalq arxeoloqlar cəlb olunmalıdır - Azərbaycan parlamentinin spikeri

Siyasət Materials 4 İyul 2008 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir İ.Əlizada/ Azərbaycan parlamentinin sədri Oqtay Əsədov hesab edir ki, ökənin şimal bölgəsində yerləşən Quba rayonu ərazisində aşkar olunan kütləvi insan məzarlığının araşdırılmasına beynəlxalq arxeoloqlar cəlb olunmalıdır.

"Qubada aşkarlanan məzarlıq dünyada tanıdılmalı olan soyqırımdır. Təəssüflər olsun ki, indiyə qədər bu məsələnin araşdırılması ilə yalnız yerli tarixçilər və arxeoloqlar məşğul olublar", parlamentin cümə günü keçirilən iclasında spiker Əsədov bildirib.

Trend -un arayışı: 2007-ci il aprelin ortalarında Quba şəhər stadionunun tikintisi zamanı kütləvi insan məzarlığı aşkarlanıb. Ekspertlər müəyyən ediblər ki, burada insanların nizamsız şəkildə dəfn olunması və digər amillər onların 1918-ci ildə ermənilərin soyqırımına məruz qaldığını sübuta yetirib. İndiyə qədər 190 insana məxsus qalıq aşkarlanıb.

Spiker qeyd edib ki, iyulun 3-də Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Maria De Puçla birlikdə Qubada aşkar olunan məzarlığa baş çəkiblər.

"Orada gördüklərimiz bizim hər ikimizi dəhşətə gətirib. Mən təəssüf edirəm ki, Azərbaycanda fəaliyyət göstərən səfirlər Qubaya gedən zaman aşkarlanan məzarlığa baş çəkmirlər", - deyə spiker əlavə edib.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti