...

Vaşinqton ilə Bağdad arasında razılaşma İraq xalqı üçün jdeyil, hakimiyyəti üçün sərfəlidir – ekspertlər

Siyasət Materials 7 İyul 2008 16:15 (UTC +04:00)
Vaşinqton ilə Bağdad arasında razılaşma İraq xalqı üçün jdeyil, hakimiyyəti üçün sərfəlidir – ekspertlər

Azərbaycan, Bakı, 05 iyul / Trend , müxbir U.Sadıqova, G.Tanrıverdiyeva, D.Xatınoğlu/ İraq ilə Vaşinqton arasında strateji təhlükəsizlik barədə razılaşma ölkə iqtisadiyyatı üçün əhəmiyyətinin az olmamasına baxmayaraq, İraq xalqı üçün deyil,ölkə hakimiyyəti üçün sərfəlidir. "Bu razılaşma İraqın xarici ticari-iqtisadi siyasəti üçün münasibdir", - deyə İraq parlamentinin depupatı Fövzi Əkrəmoğlu hesab edir.

"Al-Jazeera"nın verdiyi xəbərə görə, İraqın xarici işlər naziri Huşyar Zibari cümə axşamı bildirib ki, İraq ilə ABŞ arasında strateji təhlükəsizlik barədə saziş imzalanmasının son mərhələsindədir və yaxın vaxtda imzalana bilər. Əvvəllər İraqın baş naziri Nuri əl-Maliki bəyan etmişdi ki, bu sənədin qəbul olunması üçün hər iki tərəfin bir neçə problemin öhdəsindən gəlməsi lazımdır.

İarn-Ərəb Araşdırma Mərkəzinin rəhbəri Alirza Nurizadənin şənbə günü telefonla Londondan Trend a verdiyi məlumata görə, İraq ilə ABŞ arasında strateji təhlükəsizlik barədə saziş ilkin variantda iki ölkə tərəfindən dəfələrlə müzakirə olunub və bəzi problemlər səbəbindən müqavilənin bir neçə bəndi dəyişidirilib.

Nurizadənin rəyinə görə, İraq XİN-in bəyanatı tərəflər arasında təhlükəsizlik məsələləri üzrə razılaşma əldə olunduqdan sonra səsləndirilib. Misal üçün, Amerika əsgərlərinin toxunulmazlıq hüququ ləğv edildi və ya Amerika qoşunlarının İraqda qalmasına müvəqqəti limit tətbiq edildi.

Amerika tərəfi təhlükəsizlik barədə adı çəkilən müqavilənin iyulun sonunadək imzalanacağına hələ ki, əmin deyil və bu mövzu ilə bağlı həll edilməmiş bir neçə məsələ qaldığını bəyan edib. Amerika eksperti Kenneta Katzmanın (Kenneth Katzman) rəyinə görə, İraq XİN-i faktiki olaraq bir mənalı olmayan məlumatlar verib. "Nazirliyin rəsmi şəxsləri bəyan ebilər ki, müvəqqəti razılaşma üçün ehtimal mövcuddur, çünki bütün məsələlərin iyulun sonunadək həll olunması az ehtimal olunur", - deyə Trend a şənbə günü elektron poçt ilə ABŞ Konqressi yanında Araşdırmalar Mərkəzinin Yaxın Şərq üzrə mütəxəssisi Katzman bildirib.

Amerikalı ekspertin verdiyi məlumata görə, əsas həll olunmamış problem ABŞ qüvvələrinin İraqda bu ölkə qoşunları ilə koondinasiya ediləmədən azad fəaliyyət göstərə bilmə mümkünlüyü məsələsidir. "ABŞ və İraqın sonuncunun hava məkanı üzərində nəzarət mövzusu ilə bağlı hələ də böyük fikir ayrılıqları var. Belə ki, İraq Birləşmiş Ştatların hərbi qüvvələrinin hava məkanına tam nəzarəti ilə razı deyil", - deyə Katzman bildirib.

Ali Nurizadə həmçinin qeyd edib ki, hazırda İraqda HHQ-nin olmaması İraq hökuməti üçün əsas problem olaraq qalmaqdadır. "Bu boşluğu Amerika əsgərləri doldurub. İraqşn hava məkanı ABŞ-ın əlindədir, bu da Vaşinqton üçün "olduqca böyük" üstünlükdür".

Nurizadənin sözlərinə görə, bunun üçün ABŞ bu razılaşma ilə bağlı tam cavab verməyib, belə ki, razılaşmanın bəzi bəndləri Buş Administrasiyası üçün sərfəli deyil.

Araşdırma Mərkəzinin sədri hesab edir ki, İraq hökuməti ABŞ-ın tabeçiliyi altında olmasını nəzərə alaraq bu razılaşmanın imzalanmasını tezləşdirir və buna görə, Vaşinqtona lazımi güzəştlərə gedir.

İraq hökumətinin rəsmi şəxsləri müqavilənin imzalanacağı təqdirdə ölkədə təhlükəsizliyin təminatının yaxşılaşacağına şübhə etmirlər. İraq parlamentinin deputatı Əkrəmoğlunun rəyinə görə, bu razılaşma yerli hökumətin hüquqi haqının bərpa olunmasını təmin edəcək, iki ölkə arasında siyasi, iqtisadi, ticari və s. kimi sahələr üzrə münasibətlərin inkişafına yardım göstərəcək.

Lakin İraq xalqının Amerikayönlü İraq hökumətinə etibar etməməsi səbəbindən razılaşma ölkə əhalisi tərəfindən qəbul edilməyə bilər. Mən hesab edirəm ki, xalq bu müqavilənin bağlanması ilə bağlı İraq hökuməti ilə razılaşmayacaq", -deyə Trend a şənbə günü Bağdaddan Əkrəmoğlu bildirib.

Deputat hesab edir ki, ABŞ ilə razılaşma imzalanacağı təqdirdə, ölkənin təhlükəsizlik orqanları islami hərəkat qruplaşmalarının öhdəsindən gələ bilməyəcək. Hər şeydən əvvlə ona görə ki, bu qruplar məhz İraq xalqının özündən dəstək alır.

İyunun əvvəlində İraq hökumətinin rəhbəri Nuri əl-Maliki və ABŞ prezidenti Corc Buş strateji təhlükəsizlik sazişinin imzalanması barədə razılaşma əldə ediblər. Bu müqavilənin əsas bəndləri Amerika koalisiya qüvvlərinin İraqda mövcudluğunun davam etdirilməsindən ibarətdir.

ABŞ 2003-cü ildə ölkədə kütləvi qırğın silahlarının olmasını səbəb gətirərək İraqda hərbi əməliyyatlara başlayıb. Beş il ərzində müxtəlif hesablamalara görə, 60 mindən 300 minə qədər iraqlı həlak olub. Ölkə isə Yaxın Şərqin ən dəhşətli vətəndaş müharibəsi meydanlarından birinə çevrilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti