...

Bütün dünya Buşun getməsini gözləyir – İran prezidenti

Siyasət Materials 8 İyul 2008 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir T.Cəfərov / İran Prezidenti Mahmud Əhmədinejadın fikrincə, bütün dünya ABŞ prezidenti Corc Buşun vəzifəsindən getməsini gözləyir. "Cənab Buş Amerika xalqının və özünün heysiyyətini dünyada o qədər çirkləndirib ki, indi bütün dünya onun getməsini gözləyir" - deyə Əhmədinejad çərşənbə axşamı Malayziyada D 8 başçılarının iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib. Bu barədə İranın "İRNA" agentliyi məlumat yayıb.

Əhmədinejad bildirib ki, Amerika xalqı istəmir ki, ölkənin büdcəsindən milyardlarla dollar Amerika dövlətinin hərbi hücumlarına xərclənsin və sonra bu xərclərin yerini doldurmaq üçün neftin qiyməti və vergilər artırılsın.

Əhmədinejadın sözlərinə görə, Buşun gördüyü işlər nəticəsində, ondan sonrakı dövlət başçıları ən azı 30 il çalışmalıdırlar ki, Buşun törətdiyi fəsadları aradan qaldırsınlar.

Müəllif ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti