...

İranda 29 nəfər edam edilib

Siyasət Materials 28 İyul 2008 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul / " /Tehranda iyulun -27 də Tehranın Evin həbsxanasında 29 nəfər edam olunub. Edam olunan şəxslər Tehranda narkotik maddələrin qaçaqmalçılığında, xuliqanlıq və əxlaqsızlıqda günahlandırılırlar. Bu barədə Tehran şəhər prokurorluğunun rəsmi saytı məlumat yayıb.

2007 - ci ilin sentyabrında BMT Baş Assambeleyası edam cəzasının ləğv olunmasına dair Qətnamə qəbul edib.

2008-ci ilin yanvarında İranın ədliyyə naziri Ayətullah Mahmud Haşimi Şahrudi açıq edamlara qadağa qoyub. Amma o zaman Haşimi  "sosial ehtiyac" olduğu halda, istisnaların mümkünlüyünü də qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti