...

Ukrayna Gürcüstana silah təchiz etməsi barədə yayılan məlumatları təkzib edir - səfir

Siyasət Materials 4 Sentyabr 2008 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr/ Trend , müxbir S.Ağayeva/ Ukrayna, ölkənin Rusiya siyasətçilərinin cari ilin avqustunda Cənubi Osetiyada cərəyan edən hərbi münaqişə zamanı Gürcüstana silah təchiz etməsi barədə yayılan məlumatları təkzib edir. "Ukrayna Gürcüstana silah təchiz etməyib, biz silah satışı ilə məşğuluq ki, bu da biznesdir", - cümə axşamı jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk deyib.

"Bu, Rusiya siyasətçilərinin əsassız ittihamlarıdır.", - diplomat bildirib. "Ukrayna bu münaqişədə iştirak etməyib", - səfir qeyd edib.

"Biz silah təchiz etmirik, başqa ölkələr kimi hər hansı bir konvensiyanı və ya beynəlxalq sənədi pozmadan ticarətlə məşğul oluruq və bizə beynəlxalq təşkilatlar tərəfindən heç bir irad bildirilməyib. Bizdə, o cümlədən NATO strukturları tərəfindən ixrac üzərində çöx ciddi nəzarət və audit var", - Klimçuk bildirib.

"Biz silah alveri edəcəyik və onu bütün dost ölkələrə təklif edəcəyik", - o əlavə edib.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.  

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib. 

Xəbər lenti

Xəbər lenti