...

ABŞ Nümayəndələr palatasının Xelsinki komissiyası "Rusiya-Gürcüstan, güc siyasətin qayıtması" mövzusunda müzakirələr keçirib

Siyasət Materials 12 Sentyabr 2008 07:01 (UTC +04:00)
"Rusiya-Gürcüstan, güc siyasətin qayıtması" - bu mövzuda ABŞ Nümayəndələr palatasının Xelsinki komissiyası müzakirələr keçirib. Müzakirədə Gürcüstan parlamentnin spikeri David Bakradze iştirak edib.

Gürcüstan, Tiflis, 12 sentyabr /. Trend , müxbir N.Kirtsxalia/

"Rusiya-Gürcüstan, güc siyasətin qayıtması" - bu mövzuda ABŞ Nümayəndələr palatasının Xelsinki komissiyası müzakirələr keçirib. Müzakirədə Gürcüstan parlamentnin spikeri David Bakradze iştirak edib.

Gürcüstan parlamentnin mətbuat xidmətindən verilən məlumata görə, Konqresin iclası Rusiyanın Gürcüstana qarşı təcəvüzü məsələsini müzakirə məqsədilə yığılmışdı. Avqust hadisələri ilə bağlı ətraflı məruzə ilə ABŞ dövlət katibinin müavini Metyu Brayza çıxış etdi.

Brayzanın sözlərinə görə Rusiyanın təcəvuzu nəticəsində gürcü kəndlərini əhali tərk edib, ölkə ərazisində rusiya silahlı güvvələri yerləşdirilib.

Bakaradze öz çıxışında təcəvüzün bir ölkəyə qarşı yox bütün demokratik dünyaya qarşı yönədildiyini söylədi.

Xelsinki komissiyasının üzvləri Gürcüstanın ərazi bütövlüyü prinsipini dəstəklədilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti