Gürcüstan, Tbilisi, 02 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/Beynəlxalq hüquq müdafiə təşkilatlarının ekspertləri və Avropa Məhkəməsində baxılan işlər üzrə işləyən gürcü, azərbaycanlı və erməni vəkillər Bakurianidə yığışacaqlar. "Konstitusiyanın 42-ci maddəsi"təşkilatından verilən məlumata görə, görüşlər oktyabrın 3-dən 5-dək "Vere palas"otelində keçiriləcək.
Görüşü təşkilatın icraçı direktoru Mari Çoxeli və Niderlandın Helsinki Komitəsinin nümayəndələri Kamala Laqate və Kirsten Xavlitçek açacaqlar.
Bu forumun məqsədlərindən biri Gürcüstan, Azərbaycan və Ermənistanda insan hüquqları sahəsindəki vəziyyətin müzakirəsi və qiymətləndirilməsi olacaq. Görüşdə bu ölkələrdən Avropa Məhkəməsinə göndərilmiş konkret işlərə baxılacaq.
Görüş "Konstitusiyanın 42-ci maddəsi"təşkilatı tərəfindən həyata keçirilən"Qafqazda strateji ədalət"layihəsi çərçivəsində keçiriləcək. Layihənin beynəlxalq tərəfdaşları qismində Britaniyanın "İnterayts"təşkilatı və Niderlandın Helsinki Komitəsi çıxış edir. Regional tərəfdaşlar isə, "Bara"(Ermənistan) və Ədalətli Cəmiyyət Qruluşu (Azərbaycan) təşkilatlarıdır.
Layihəni Niderlandın Xarici İşlər Nazirliyi və Böyük Britaniyanın GOF RE Fondu maliyyələşdirir.