...

Azərbaycanın dövlət başçısı Qırğızıstan prezidentinə başsağlığı verib

Siyasət Materials 6 Oktyabr 2008 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend / Azərbaycanın dövlət başçısı İlham Əliyev bazar ertəsi Qırğızıstan prezidenti Kurmanbek Bakiyevə Oş vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.

İlham Əliyev həlak olanların qohumlarına və yaxınlarına, bütün Qırğızıstan xalqına Azərbaycan xalqı adından və öz adından səmimi başsağlığı verib və zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.

Xəbər lenti

Xəbər lenti