...

Səsvermədə iştirak etməməyə dair istənilən çağırış müvəffəqiyyətsizliyə məhkumdur ї Prezidentin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 14 Oktyabr 2008 11:55 (UTC +04:00)
Səsvermədə iştirak etməməyə dair istənilən çağırış müvəffəqiyyətsizliyə məhkumdur ї Prezidentin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 14 oktyabr/ Trend , müxbir S.Ağayeva/ Azərbaycanın bir sıra müxalifət partiyaları tərəfindən əhalinin prezident seçkilərində səsvermədə iştirak etməməyə çağırılması hallarını hakimiyyət demokratiya prinsiplərinin pozulması kimi nəzərdə keçirir.

"Seçkilər ї vətəndaşların azad iradə bildirdiyi bir prosesdir və heç kim onları bundan məhrum etməyə idda edə bilməz", - deyə bazar ertəsi Trend -a Azərbaycan Prezidentinin İcra Aparatının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərini boykot edən bir sıra müxalif siyasi partiyalar vətəndaşları seçkilərdə iştirak etməməyə çağırıb.

Müxalifət ötən şənbə qəbul etdiyi müraciətdə səsləndirdiyi bu çağırışı "ölkədə normal seçki mühitinin olmaması" ilə izah edir. "Bu gün aydın görünür ki, ölkədə demokratik seçki mühiti yoxdur. Ciddi siyasi aksiyalar, seçki kampaniyası çərçivəsində ictimaiyyəti ciddi kampaniyalara cəlb edən tədbirlər demək olar ki, keçirilmir", - deyə müraciətdə bildirilir.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar ї Azərbaycan Xalq Cəbhəsi Partiyası, Liberal Partiya, Vətəndaş və İnkişaf Partiyası; Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.

"Demokratiyanın mahiyyəti məhz seçki vasitəsilə seçmək və seçilməkdən ibarətdir. Ona görə səsləndirilən hər bu kimi çağırışları bəzi müxalifət partiyaları rəhbərlərinin düşdüyü vəziyyətin qalıqları kimi qiymətləndirirəm", - deyə şöbə müdiri bildirib.

Onun sözlərinə görə, söhbət onların sosial bazalarının, ölkənin siyasi və iqtisadi inkişafına dair platformalarının və cəmiyyətin inkişaf perspektivlərinə dair hansısa aydın təkliflərinin olmamasından gedir.

"Ona görə, səsvermədə iştirak etməməyə dair istənilən çağırış müvəffəqiyyətsizliyə məhkumdur", - deyə Aslanov bildirib.

Şöbə müdiri qeyd edib ki, ümumilikdə, namizədlərin seçkiqabağı kampaniyaları kifayət qədər uğurlu və pozitiv keçib. Onun sözlərinə görə, beynəlxalq təşkilatların hesabatları göstərir ki, transparentlik və şəffaflığın səviyyəsi demokratik standartlardan danışmağa imkan verir. "Təbii ki, bu, yolun yalnız bir hissəsidir, yolun qalan hissəsi isə səsvermə günü keçiləcək, həmin gün seçicilər öz sözünü seçki qutusunun qarşısında deyəcəklər, lakin artıq bu gün əminliklə demək olar ki, seçkilərin demokratik şəraitdə keçirilməsi üçün hər şey edilib", - deyə o bildirib.

"Bütün namizədlər üçün bərabər şərait yaradılıb, çətin ki, kimsə hansısa namizədin digərlərinə nisbətdə daha üstün imtiyazlardan istifadə etməsi barədə nəsə desin. İctimaiyyətə alternativ rəy və mülahizələr təqdim olunub, ictimaiyyətin onları necə qəbul etməsi isə bizə yalnız səsvermənin yekunlarından məlum olacaq. Əminəm ki, seçkilər də demokratik və şəffaf şəraitdə keçəcək", - deyə Aslanov bildirib.

Xəbər lenti

Xəbər lenti