...

Azərbaycan müxalifəti paytaxtın mərkəzində icazəsiz etiraz aksiyası keçirməkdən imtina edib

Siyasət Materials 17 Oktyabr 2008 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda keçirilən prezident seçkisini boykot edən siyasi təşkilatlar paytaxtın mərkəzində icazəsiz etiraz aksiyası keçirməkdən imtina ediblər.

"Müxalifətin Əməkdaşlıq Mərkəzinin oktyabrın 18-də paytaxtın mərkəzi meydanlarından birində keçirmək istədiyi etiraz aksiyası təxirə salınıb", bu barədə cümə günü Trend -a Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib.

Trend -un arayışı: Müxalifətin Əməkdaşlıq Mərkəzində Müsavat, Vətəndaş və İnkişaf, Xalq Cəbhəsi partiyaları, Milli Birlik Hərəkatı və "Azərbaycan Naminə" İctimai Forum təmsil olunur.

Müxalifətin Əməkdaşlıq Mərkəzi oktyabrın 18-də paytaxtın mərkəzində yerləşən doqquz meydandan birində etiraz aksiyası keçirmək istəyirdi. Bakı Şəhər İcra Hakimiyyəti mərkəzin göstərdiyi doqquz meydanın heç birində aksiyanın keçirilməsini məqbul hesab etməyib və paytaxtın kənarında yerləşən Bibiheybət stadionunda mitinqin keçirilməsinə icazə verib. Müxalifət Bibiheybətdə aksiya keçirməkdən imtina edib.

Əliyev qeyd edib ki, müəyyənləşdirdikləri meydanda aksiyaya icazə vermədiyinə görə, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcəklər: "Yaxın günlərdə məhkəməyə müraciət edəcəyik".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti