...

Avropa təhlükəsizlik arxitekturası Rusiya ilə dialoq şəraitində əvvəlki şəkildə qala bilər

Siyasət Materials 8 Dekabr 2008 13:33 (UTC +04:00)
Avropa təhlükəsizlik arxitekturası Rusiya ilə dialoq şəraitində əvvəlki şəkildə qala bilər

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbirlər E.Tariverdiyeva, R.Ağayev/ Yalnız Rusiya ilə birbaşa dialoq və kompromislər şəraitində Avropa təhlükəsizlik arxitekturası əvvəlki şəkildə qala bilər.

"Avropada yeni təhlükəsizlik arxitekturasına o şəraitdə ehtiyac yoxdur ki, NATO Rusiya ilə birbaşa və düzgün dialoqu dəstəkləsin və iki tərəf arasında dərin anlaşma və qarşılıqı əlaqələr üçün yol açsın", - təhlükəsizlik üzrə amerikalı ekspert İoannis Stivaçtis (Ioannis Stivachtis) hesab edir.

Helsinkidə ATƏT-in 50 üzv ölkəsinin xarici işlər nazirlərinin görüşündə Rusiyanın təhlükəsizliklə bağlı yeni Transatlantik saziş barədə təklifi də daxil olmaqla, Avropada təhlükəsizlik məsələləri fəal şəkildə müzakirə edilib. Rusiya prezidenti Dmirti Medveyevin irəli sürdüyü bu təklif ATƏT-də dəstəklənməyib. Medvedyev artıq çoxdandır ki, Avropada təhlükəsizlik üzrə yeni sazişlərin imzalanmasında inad edir və vurğulayır ki, Avropada təhlükəsizliyin qorunub saxlanması üçün təkcə NATO kifayət etmir.

Stivaçtisin fikrincə, Rusiyanı təhlükə hesab edən avropalıların və amerikalıların yanaşmasına görə, NATO-nun əvəzi yoxdur, çünki Alyans "soyuq müharibə" dövründə SSRİ-nin yolunu kəsdiyi kimi, indi də Rusiyanın dayandırmalıdır.

"Belə bir fikir mövcuddur ki, NATO-nun varlığı Rusiyanı daha təhlükəli diplomatik mövqe tutmağa vadar edir", - ekspert belə deyir. "Bu halda Rusiya qorxusunu zəiflədəcək Avropa təhlükəsizliyi üzrə yeni arxitektura Rusiya ilə Transatlantik cəmiyyət arasındakı münasibətlərin hazırki vəziyyəti üçün çıxış yolu kimi qiymətləndirilir", - Virciniya Universitetinin beynəlxalq münasibətlər şöbəsinin direktoru Stivaçtis Trend -a elektron poçtla deyib. Politoloq hesab edir ki, Avropa təhlükəsizliyi üzrə yeni struktura o şərtlə ehtiyac yoxdur ki, NATO Rusiya ilə birbaşa və düzgün dialoqu dəstəkləsin və iki tərəf arasında dərin anlaşma və qarşılıqı əlaqələr üçün yol açsın.

"Amma eyni zamanda Rusiya buna cavab verməlidir, əks halda, bu, onun həqiqətən də təhlükə kəsb etməsi anlamına gələcək", - Stivaçtis deyib.

Avropalı müşahidəçilərin fikrincə, Rusiya həqiqətən də Avropa təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır.

Rusiya prezidentinin təklifinə gəlincə, təhlükəsizlik məsələləri üzrə avropalı ekspert Kamil Zvolskinin fikrincə, Avropada artıq qəbul olunub ki, XXI əsrdə təhlükəsizlik geniş xarakter daşıyır və çoxtərəfli cavab tədbirləri tələb edir.

Politoloqun fikrincə, Avropada təhlükəsizlik sahəsində ən kəskin problemlərdən biri yaxın gələcəkdə enerji ehtiyatlarına sabit çıxışın təmini ilə bağlı olacaq. "Yadda saxlamaq lazımdır ki, bu sahədə Rusiyanın siyasəti həlledici rol oynayır", - Salford (Birləşmiş Krallıq) Universitetinin Avropa İttifaqı və beynəlxalq təhlükəsizlik sahəsində tədqiqatçısı Zvolski Trend -a elektron poçtla bildirib.

Rusiyalı tarixçi-amerikaşünas, politoloq Anatoli Utkin də düşünür ki, Avropa təhlükəsizlik arxitekturasının səmərəli təmin olunması üçün dialoq və hər iki tərəfin cəhd göstərməsi zəruridir.

"Rusiya ilə Qərbin və ya NATO-nun, yaxud ABŞ-ı və Rusiyanı öz sıralarında birləşdirən yeni bir qurumun strateji nüvə silahları üzrə ümumi komandanlığı yarananda, soyuq müharibə başa çatacaq", - Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada institutlarının beynəlxalq araşdırma mərkəzinin direktoru Utkin Trend -a deyib. Rusiya və ya ABŞ belə qurumda yalnız öz milli qərarları ilə böyük ittifaq siyasəti yürüdə bilməzlər.

Amma ekspertlərin fikrincə, Rusiya siyasi elitasının NATO-ya inamsızlığının təzahürü Rusiya ilə münasibətləri gərginləşdirə bilər.

Zvolski hesab edir ki, Rusiya prezidenti, ABŞ-ın yeni rəhbəri ilə birmənalı olmayan əməkdaşlıq çərçivələri yaradır. "Bir tərəfdən, Medvedyev deyir: bəli, biz ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlıq etmək istəyirik, digər tərəfdən, o, yeni prezidentdən Birləşmiş Ştatların Avropada mövcudluğunun ümumiyyətlə lazımsız olduğunu de-fakto və qəti şəkildə göstərən siyasətini dəyişməsini tələb edir", - Zvolski düşünür.

"Avropa təhlükəsizlik strukturunun dəyişməsi zərurəti, şübhəsiz mövcuddür və əsas problem ondadır ki, ABŞ NATO ilə heç məsləhətləşmədən birtərəfli təhlükəsizhlik sistemi qurur", - rusiyalı politoloq Qleb Pavlovski hesab edir.

"NATO üzvü olsa da, ABŞ özünün və ayrı-ayrılıqda bəzi müttəfiqlərinin Raketdən Müdafiə Sistemləri ilə bağlı məsələlərində bu bloka güvənmi", - ekspert bildirib. "Bu, həmin blokun qeyri-səmərəlilik dərəcəsini göstərir, çünki məlum olur ki, ABŞ məlum olmayan hansısa səbəblərdən problemin NATO daxilində həllini istəmir və ya bacarmır. Halbuki, blok istisnasız olaraq təhlükəsizlik sahəsində məsələlərin həlli məqsədilə mövcuddur", - Səmərəli Siyasət Fondunun prezidenti Pavlovski deyib.

Müəlliflə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti