...

İran spirtli içkilərin istehsalçılarına və idxalçılarına qarşı cəza qanunlarını sərtləşdirib

Siyasət Materials 23 Dekabr 2008 15:24 (UTC +04:00)
İran spirtli içkilərin istehsalçılarına və idxalçılarına qarşı cəza qanunlarını sərtləşdirib

İran, Tehran, 23 dekabr / Trend , müxbir A.Namdari/  İran prezidenti dekabrın 23- də ölkə parlamenti və Ali dini şurası (Şuraye Nigəhban) tərəfindən  1996-cı il mayın 22-də  təsdiq olunmuş İslami cəzalar layihəsinə edilmiş dəyişikliklərin icrası ilə bağlı sərəncam verib.

Layihəyə edilmiş dəyişikliklərdə spirtli içkilərin istehsalı, qəbulu, satışı və ya satışına vasitəçilik edənlər haqda cəza qanunları sərtləşdirilib.

İslami cəzalar layihəsinin  702 -ci maddəsində edilmiş dəyişiklikdə spirtli içkilərin istehsalı, qəbulu, satışı yaxud satışına vasitəçilik edənləri 6 aydan 1 ilədək həbs, 74 şallaq və spirtli içkilərin qiymətindən beş dəfə artıq cərimə nəzərdə tutulub.

Yeni Qanunda spirtli içkilərin idxalçılarına və istehsalçılarına 6 aydan 5 ilədək həbs, 74 şallaq və spirtli içkilərin qiymətindən beş dəfə artıq cərimə ödəmək nəzərdə tutulub.

Qanunda qeyd olunub ki, 20 litrdən artıq spirtli içki aşkar olunarsa, onu daşıyan nəqliyyat vasitəsi dövlət tərəfindən müsadirə olunacaq. Nəqliyyat vasitəsinin sahibi spirtli içki daşıdığından xəbərsiz olduqda isə, nəqlyyat vasitəsinin ümumi dəyəri dövlətə sipirtli içki sahibi tərəfindən ödəniləcək.

Qanunda bildirlir ki, hər hansı dövlət işçisi, rəsmi şəxs, şura, təşkilat və fond üzvləri spirtli içki qəbul etdiklərinə görə həbs olunarsa, qeyd olunan cəzalardan əlavə, bir ildən beş ilədək dövlət orqanlarında vəzifə tutmaqdan məhrum olunacalar.

İran İslam Respublikası dini dövlət olduğundan, bu ölkədə qanunlar İslam qaydalarına uyğun qəbul olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected] 

Xəbər lenti

Xəbər lenti