...

2009 - cu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni dialoq formaları ilə əlamətdar olacaq - RİA Novosti -nin MDB və Baltik ölkələri redaksiyasının rəhbəri

Siyasət Materials 25 Dekabr 2008 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr/ Trend , müxbir E.Tariverdiyeva/ RİA Novosti -nin MDB və Baltik ölkələri redaksiyasının rəhbəri Alan Kasayev hesab edir ki, 2009 - cu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni dialoq formaları ilə əlamətdar olacaq.

"Qafqazda maraqlı olan bütün ölkələrin -- İran, Türkiyə, ABŞ və Avropa İttifaqının Dağlıq Qarabağ münaqişiəsinin nizamlanması prosesinə qoşulması yaxşı olardı", - deyə cümə axşamı Bakıda keçirilən brifinqdə Kasayev bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Dağlıq Qarabağ (Şuşa və Xocalı istisna olmaqla) Azərbaycanın nəzarətindən çıxıb. 1992 -1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəsə dair saziş əldə olunub. Tərəflər bu günədək sülh danışıqlarını davam etdirirlər.

Kasayev hesab edir ki, Moskva Bəyannəməsi ATƏT-in Minsk Qrupunun fəaliyyətini canlandırmağın ciddi əlamətidir.

Noyabrın 2 - də Moskvada "Mayn Dorf" sarayında Azərbaycan,Ermənistan və Rusiya prezidentləri - İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev görüşün yekunu üzrə Bəyannamə qəbul ediblər. Sənəddə Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi nəzərdə tutulur.

"2008 - ci ildə məlum oldu ki, RF Qafqaz dövlətidir, belə ki, Böyük Qafqazın üçdə biri Rusiya ərazisidir", - deyə Kasayev bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti