...

Azərbaycanda martın 18 - də Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək

Siyasət Materials 26 Dekabr 2008 16:56 (UTC +04:00)
Azərbaycanda martın 18 - də Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək

Azərbaycan, Bakı 26 dekabr / Trend , müxbir K. Zərbalıyeva,İ.Xəlilova / Azərbaycan Parlamenti cümə günü keçirilən iclasında Konstitutsiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı keçiriləcək Referendumun tarixini müəyyənləşdirib.

Milli Məclis referendumun martın 18 - də keçirilməsi barədə qərar qəbul edib.

Trend -un arayışı: MM-in Hüquq siyasəti və dövlət quruculuğu, İnsan haqları daimi komissiyaları tərəfindən Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktının Layihəsi hazırlanıb və MM-in ötən həftə keçirilən iclasında qəbul edilib.

Layihə rəy verilmək üçün Konstitutsiya Məhkəməsinə göndərilib.

Dekabrın 24-də Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsində göstərilən təkliflərin ümumxalq səsverməsinə - referenduma çıxarılalması və həmin əlavə və dəyişikliklərin Konstitutsiyanın 155-ci maddəsinə uyğunluğu barədə rəy verib.

Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, 3-cü fəslində nəzərdə tutulmuş müddəaların insan və vətəndaş hüquq və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. (maddə 155)

Layihədə bir şəxsin iki dəfədən artıq ölkə prezidenti vəzifəsinə seçilməsini məhdudlaşdıran 101-ci maddənin 5-ci bəndi Konstitusiyadan çıxararılıb.

Bu bəndə əsasən, heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.

Həmin maddəyə ölkə müharibə şəraitində olduğu təqdirdə, prezident seçkilərinin keçirilməsi müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.

Konstitusiya digər dəyişikliklər eks-prezidentin hüquqları və statusu; Milli Bankın Mərkəzi Bank, Prezidentin İcra Aparatının Prezident Administrasiyası adlandrılması və s. ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (Maddə 152).

AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya prezidenti tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153)

Azərbaycan Konstitusiyası 1995-ci ildə referendum yolu ilə qəbul olunub, 2002 -ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti