...

Azərbaycanın müxalifyönlü partiyası referendumla bağlı təşviqat qrupu yaratmaqdan imtina edib

Siyasət Materials 27 Yanvar 2009 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalifyönlü partiyası referendumla bağlı təşviqat qrupu təsis etmək fikrindən imtina edib.

"Biz bu kampanlyada müstəqil şəkildə iştirak etmək istəmədik. Referendumla bağlı yaranan digər təşviqat qrupları ilə birgə təbliğat aparacağıq", - çərşənbə axşamı Trend -a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib.

Trend - un arayışı: Bir müddət əvvəl Hafiz Hacıyev referendumla bağlı Müasir Müsavat Partiyasının "Müasir Müsavat" adlı təşviqat qrupu təsis edəcəyini bildirmişdi.

Martın 18 - də Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə hələ 14 təşəbbüs qrupu yaradılıb. Bunlardan dördü imza vərəqələrini MSK-ya təhvil verib. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs qrupu yanvarın 22-də Mərkəzi Seşki Komissiyasında təşviqat qrupu kimi qeydə alınıb.

Azərbaycanın Konstitusiyası 1995 - ci ildə qəbul edilib, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Hacıyevin sözlərinə görə, onlar imzatoplama kampaniyasında da başqa təşviqat qruplarına kömək ediblər: "Partiyamız təşviqat zamanı yalnız Konstitusiyaya dəyişikliklərin lehinə olan siyası və ictimai təşkilatlarla əməkdaşlıq edəcək. Artıq bölgələrdə bizim təşəbbüs qruplarımız digər qruplarla birgə fəaliyyət göstərir", - partiya sədri vurğulayıb.

MMP sədri hansı təşviqat qrupu ilə birgə çalışacaqlarını konkret açıqlamayıb: "Bu, hakim Yeni Azərbaycan Partiyasının, eləcə də referendumu dəstəkləyən digər təşkilatların təsis etdiyi qrup ola bilər", - Hacıyev əlavə edib.

Müxalifyönlü partiya rəhbəri Konstitusiya dəyişikliklərinin Azərbaycan dövlətinin ziyanına olacağı haqda iddiaları ilə razılaşmır: "Biz düşünmürük ki, bu dəyişikliklər gələcəkdə monarxiyanın yaranması ilə nəticələnə bilər. Fikrimizcə, bu, Azərbaycanın gələcək inkişafında böyük rol oynayacaq", - Hacıyev deyib.

Hаfiz Hаcıyеv 1992-1993 - cü illərdə "Аzərbаlıq" Dövlət Коnsеrninin sədri оlub. Əvvəl Аzərbаycаn Xаlq Cəbhəsində, Müsаvаt Pаrtiyаsındа təmsil оlunub. 2000-ci ildə Мüаsir Мüsаvаt Pаrtiyаsını təsis еdib, pаrtiyа 2002-ci ildə dövlət qеydiyyаtındаn kеçib.   

Мüаsir Мüsаvаt Pаrtiyаsı özünü iqtidаrа kоnstruktiv müxаlifət hеsаb еdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti