...

Stepan Şaumyan 1918 - ci ildə güllələnməyib - AMEA Tarix İnstitutunun direktoru

Siyasət Materials 4 Fevral 2009 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir E.Rüstəmov/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu 20 sentyabr 1918-ci ildə güllələnmiş 26 Bakı Komissarlarının arasında Bakı Xalq Komissarlar Şurasının sədri Stepan Şaumyanın cəsədinin olmamasını göstərən sənədlərə malikdir.

AMEA Tarix İnstitutununda 1919-cu ildə Şaumyanın sağ olduğu və əsir düşdüyünü təsdiqləyən sənəd var. Sənəddə deyilir ki, 1919-cu ildə Tiflis radiostansiyası ilə Həştərxandan Sokolov adlı birisinin adına gələn, Şaumyanın sağ olduğunu göstərən məlumat qeydə alınıb. Bu sənədi çərşənbə günü AMEA Tarix İnstitutunun direktoru Yaqub Məmmədov jurnalistlərə göstərib.

Bakının mərkəzi meydanlarından olan "Sahil"də, parkın sökülməsi və onun altında avtodayanacaq tikilməsi məqsədiylə şəhərin icra hakimiyyəti 26 Bakı Komissarının abidəsinin sökülməsinə qərar verib. Qazıntılar nəticəsində 26 nəfər əvəzinə 23 adamın cəsədi tapılıb. KİV-də həmçinin Şaumyanın cəsədinin onların arasında olmaması haqda da informasiya yayılıb.

Sovet tarixşünaslığına əsasən, 26 Bakı Komissarı 20 sentyabr 1918-ci ildə hazırkı Türkmənistanın ərazisində, ingilis Mərkəzi Asiya ekspedisiyası tərəfindən güllələnib. 1920-ci ildə onların meyidləri Bakıya gətirilib və yenidən basdırılıb.

Sənəddə 1919-cu ildə əsirlərin dəyişdirilməsi haqda məlumat verilir. Onların içərisində Stepan Şaumyanın da olduğu deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti