Azərbaycan, Bakı, 06 fevral / Trend / Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının (NMR) 85 illik yubileyinin qeyd edilməsi barədə sərəncam imzalayıb. 2009-cu il fevralın 9-da NMR-in yaradılmasının 85 ili tamam olacaq.
NMR-in Ali Məclisinə yubileyin qeyd olunması planını hazırlamaq və həyata keçirmək tapşırılıb.
Azərbaycan Nazirlər Kabinetinə sərəncamdan irəli gələn bütün məsələləri həll etmək tapşırılıb.