...

Azərbaycanın Avropanın enerji təchizatında artan rolu Böyük Britaniyada keçirilən konfransda müzakirə olunub

Siyasət Materials 26 Fevral 2009 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir C.Babayeva / Azərbaycanın Avropanın enerji təchizatında rolunun getdikcə artması, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasının region üçün əsas təhdid olması Oksford Universitetində keçirilən "Azərbaycan Şərqlə Qərbin Qovuşuğunda" adlı konfransda müzakirə olunub.  

Konfrans Azərbaycanın Böyük Britaniyadakı səfirliyi, Azərbaycan Diplomatik Akademiyası (ADA) və Oksford-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib, - Trend -un məlumatına görə, bu barədə cümə axşamı Gənclər və İdman Nazirliyinin yaydığı məlumatda bildirilib. 

Konfransda Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov çıxış edərək Böyük Britaniya və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə genişləndiyini bildirib. Səfir Azərbaycanda gedən proseslər, xarici siyasətin əsas istiqamətləri barədə məlumat verib, Dağlıq Qarabağ münaqişəsinin bölgədə sülh və tərəqqinin bərqərar olunması yolunda əsas maneə olduğunu bildirib. O, münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların səmərə verəcəyinə ümidvar olduğunu söyləyib.

Konfransda əsas məruzəçi qismində Azərbaycan Diplomatik Akademiyasının tanınmış tədqiqatçı-alimi Brenda Şaffer və Fuad Əliyev, Böyük Britaniyanın "LİNKS" qeyri-hökumət təşkilatının nümayəndəsi Dennis Sammut və tanınmış jurnalist, Cənubi Qafqaz üzrə ekspert Tomas de Vaal çıxış ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti