Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Mahmud Əhmədinejadın çərşənbə axşamı Tehranda təkbətək görüşü olub, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və himanitar sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Azərbaycan prezidentinin İrana rəsmi səfərinin əhəmiyyətinə toxunan dövlət başçıları bu səfərin qarşılıqlı əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildiriblər.
Görüşdə Azərbaycan-İran münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.