...

Azərbaycan polisi qadın alveri ilə məşğul olan qadını saxlayıb

Siyasət Materials 19 Mart 2009 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan polisi qadın alveri ilə məğşul olan qadını saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini Nərgiz Ağdurzayeva gəlir əldə etmək məqsədi ilə qadınları BƏƏ-nin Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoyub.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə (243-cü) maddəsi ilə axtarışda olan Aygün Əlili də tutulub.

DİN-in məlumatına görə, ötən il 2007-ci illə müqayisədə insan alveri ilə bağlı cinayətlər 39,2 faiz çox olub. Hesabat dövründə 394 belə fakt aşkarlanıb.

Bu növ cinayətlərə görə, 312 nəfər məsuliyyətə cəlb olunub. Cinayətlərin qurbanı olan 78 şəxs müəyyən edilib, 101 nəfərdən ibarət 43 cinayətkar qrup zərərsizləşdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti