...

İran Prezidenti ABŞ-dan İraqda olan iranlı diplomatları azad etməyi xahiş edir

Siyasət Materials 20 Aprel 2009 17:03 (UTC +04:00)

İran ABŞ-dan hazırda İraqda həbsdə olan beş iranlı diplomatın buraxılmasını istəyir. İranın IRNA agentliyinin verdiyi xəbərə görə, bu barədə İran Prezidenti Mahmud Əhmədinejad Cenevrədə İsveçrə Prezidenti ilə görüşdə bildirib.

Əhmədinejad İsveçrə Prezidenti Hans Rudolf-Mertsem ilə görüşdə bildirib ki, ABŞ tərəfindən iranlı diplomatların "girov götürülməsi" beynəlxalq konvensiyalara ziddir.

Birləşmiş Ştatlar 2007-ci ildə İraqın Arbil şəhərində İran səfirliyinin beş əməkdaşını həbs edib. ABŞ səfirlik əməkdaşlarını terror təşkilatlarına dəstəkdə ittiham edib. İran onların azad edilməsini dəfələrlə tələb edib.

İranla Birləşmiş Ştatlar arasında münasibətlər 30 il əvvəl kəsilib. ABŞ-ın İranda, eləcə də İranın ABŞ-dakı maraqlarını İsvçrə səfirliyi təmsil edir.

Xəbər lenti

Xəbər lenti