...

Azərbaycan "yaşılları"nın bələdiyə seçkisində iştirak forması dövlət qeydiyyatı məsələsindən asılı olacaq

Siyasət Materials 19 May 2009 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir C.Babayeva /

Azərbaycan Yaşıllar Partiyasının (AYP) bələdiyyə seçkisində iştirak forması dövlət qeydiyyatı məsələsindən asılı olacaq.

"Partiya bələdiyyə seçkisində tək iştirakın tərəfdarıdır. Seçki ilə bağlı yaradılacaq bloklara qatılmaq gündəmdə deyil. Seçkiyə qədər partiya dövlət qeydiyyatına alınmasa, təşəbbüs qrupu formasında və ya hər hansı bir partiya ilə birgə seçkidə iştirak nəzərdə tutulur", - deyə çərşənbə axşamı Trend -a AYP sədri Mais Güləliyev bildirib.

Trend -un arayışı:  Azərbaycan Yaşıllar Partiyası 2006-cı ilin dekabrında yaradılıb və hələ Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmayıb. Partiyanın sədri Mais Güləliyevin ötən il prezident seçkisində namizədliyi "Yaşıl Siyasət" təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü. Güləliyevin namizədliyi Mərkəzi Seçki Komisiyyası tərəfindən qeydiyyata alınmamışdı.

Azərbaycanda bələdiyyə seçkisinin bu ilin dekabrında keçirilməsi nəzərdə tututlur.

Güləliyevin sözlərinə görə, partiyanın dövlət qeydiyyatı məsələsi ilə bağlı hər həftə Ədliyyə Nazirliyi ilə əlaqə saxlanılır. "Partiyanın nazirliyə təqdim olunan sənədlərində problem olmasa da, qeydiyyat məsələsi iki ildən çoxdur ki, həllini tapmır", - o bildirib.   

Gürcüstanın Yaşıllar Partiyası ilə birgə keçirilməsi nəzərdə tutulan tədbirlərə gəlincə, Güləliyev bildirib ki, maliyyə çətinliyinə görə tədbirlərin həyata keçirilməsi gecikir. "Mayın sonunda Gürcüstan "yaşılları" ilə bu problemin müzakirə olunması nəzərdə tutulur", - AYP sədri deyib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti